Əli Həsənov: “Bəzi anti-Azərbaycan dairələri Avropanın nüfuzlu mədəniyyət aksiyası olan “Eurovision” yarışmasını siyasiləşdirərək, bu və ya digər məqsədlərini reallaşdırmaq istəyirlər” - MÜSAHİBƏ
- ABŞ-da nəşr olunan “Foreign Policy” dərgisində Azərbaycanın öz aerodromlarını İsrailin sərəncamına verdiyi iddia olunan məqaləyə münasibət bildirməyinizi istərdik. “Foreign Policy” dərgisi həm də iddia edir ki, Azərbaycan öz aerodromlarını hazırda İsrailə verməsə belə, İranla müharibə başlayacağı təqdirdə bunu edəcək. Bunlar nə qədər əsaslı iddialardır?
- Bu iddiaların heç bir əsası yoxdur. Bu, ayrı-ayrı dairələrin uydurduğu, indiki vəziyyətdə mətbuata yaydığı, Azərbaycanla İranı bir-birinə qarşı qoymaq, bir-birinə qarşı istifadə etmək niyyəti ilə ortaya atılmış məqsədyönlü məlumatlardır. Azərbaycan tam müstəqil hərbi və təhlükəsizlik siyasəti yürüdür. Azərbaycan 1993-cü ildən ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş bölgədə hərbi geosiyasi, geostrateji tarazlığa uyğun olaraq bitərəf siyasət yürüdür. Azərbaycan nə NATO-nun, nə Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, nə də digər bölgə dövlətlərinin Azərbaycanda, Cənubi Qafqazda hərbi bazalar saxlamaq, hərbi hissələr yerləşdirmək siyasətini dəstəkləyir. Azərbaycan hesab edir ki, Cənubi Qafqaz ölkələri ümumiyyətlə heç bir hərbi blokda iştirak etməməli, hərbi blokların Cənubi Qafqazdakı qarşıdurmasının meydanı olmamalıdır. Cənubi Qafqazda tərəfdaşlıq, əməkdaşlıq mühiti olmalıdır. Cənubi Qafqaz, o cümlədən Azərbaycan da yalnız iqtisadi cəhətdən xarici ölkələrin tərəfdaşlıq, əməkdaşlıq meydanına çevrilməlidir.
- “Amnesty İnternational” beynəlxalq təşkilatı “Twitter” sosial şəbəkəsində Azərbaycanda keçiriləcək “Eurovision” mahnı yarışması ilə bağlı yeni kampaniyaya başlayıb. Bunu necə dəyərləndirirsiniz?
- Əlbəttə, biz buna təəssüflənirik. Ümumiyyətlə, təkcə “Amnesty İnternational” təşkilatı yox, bəzi digər beynəlxalq dairələr, hətta bəzi ölkələrdəki müvafiq anti-Azərbaycan dairələri “Eurovision” mahnı yarışmasını – Avropanın nüfuzlu mədəniyyət aksiyasını siyasiləşdirərək özlərinin bu və ya digər məqsədlərini reallaşdırmaq, Azərbaycana bu və ya digər sahələrdə təzyiq göstərmək, Azərbaycanla bağlı indiyə qədər reallaşdıra, həyata keçirə bilmədiyi ayrı-ayrı məqsədlərinə nail olmaq istiqamətində istifadə etməyə çalışırlar. Əlbəttə, bu, ilk növbədə Avropa Yayım Birliyinə hörmətsizlik, Avropa Yayım Birliyinin bu cür nüfuzlu tədbirini siyasiləşdirərək nüfuzdan salmaq cəhdidir. Digər tərəfdən, əlbəttə, müsabiqəyə qatılan, qatılmaq hüququ qazanmış müğənnilərə təzyiqdir, onlara hörmətsizlikdir, onların fəaliyyətini siyasiləşdirməkdir. Bu insanların heç birinin məlumatı yoxdur ki, hansı ölkədə siyasi proseslər necə gedir, bu məsələlərin onlara aidiyyəti də yoxdur. Onlardan istifadə edərək, özlərinin siyasi və digər təzyiq mexanizmlərini reallaşdırmaq istəyirlər. Belə hərəkətlər bu tip təşkilatlara, o cümlədən “Amnesty İnternational” təşkilatına başucalığı gətirmir, əksinə, onların siyasiləşməsinə, onların ayrı-ayrı dairələrə bağlanaraq məqsədyönlü subyektiv siyasət yürütməsinə və subyektiv fəaliyyət göstərməsinə bir işarədir.
- Bakıda keçirilən Avronest Parlament Assambleyasının II sessiyasında erməni deputatların iştirakı barədə fikirləriniz maraqlı olardı...
- Azərbaycan beynəlxalq birliyin üzvüdür, ATƏT-in, Avropa Şurasının, BMT-nin, İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər bu tipli qurumların üzvüdür, yaxud əməkdaşlıq edir. Məsələn, NATO ilə əməkdaşlıq çərçivəsində məcburən bəzən Ermənistanla bu və ya digər formada təmasa girməyə məcbur oluruq. Biz bundan çəkinmirik də. Çünki düşünürük ki, harada keçirilməsindən asılı olmayaraq, tədbirlərin bütün iştirakçılarının təhlükəsizliyi, tədbirin təhlükəsizliyi və tədbirə qatılanların sərbəst fəaliyyəti təmin olunmalıdır. Azərbaycan da bu öhdəliyi yerinə yetirir, hər kəsin təhlükəsizliyini təmin edir. Erməni deputatların həm bu, həm də bundan əvvəlki tədbirlərdə iştirakla bağlı səfərlərində təhlükəsizlikləri təmin olunub. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, çıxışlarda erməni nümayəndə heyəti qeyri-konstruktivlik nümayiş etdirir. Bir milləti təmsil edən millət vəkili statusu ilə tədbirə qatılan deputatın oradakı çıxışı, o cümlədən Azərbaycan ərazilərinin işğalı ilə bağlı orada səsləndirdiyi fikirlər onu göstərdi ki, Ermənistan dövləti hələ də beynəlxalq hüquq normalarına, BMT-nin sənədlərinə meydan oxumaqda davam edir.
- Mətbuata açıqlamanızda iqtidar-müxalifət dialoqu ilə bəzi fikirlər işlətmisiniz. Bu günlərdə isə İqbal Ağazadə deyib ki, Əli Həsənovu aprelin 5-i saat 12-də qərargahda gözləyir. Bu çağırışa münasibətiniz necədir?
- Mənim kiminsə qərargahına getməyə nə vaxtım, nə də həvəsim var. Mən kiminsə qərargahına niyə getməliyəm? Mənim çağırışım o deyil ki, kimsə kiminsə qərargahına getsin, kimsə kiminləsə görüşsün. Mənim açıqlamam ondan ibarət idi ki, Azərbaycan dövləti Azərbaycan vətəndaşları, onların təmsil olunduğu təşkilatların, siyasi partiyaların bu və ya digər istəklərini, təkliflərini dinləməyə, konstruktiv şəkildə müzakirələr aparmağa, onların rasional ideyalarını qəbul etməyə və həyata keçirməyə, qeyri-rasional ideyalarını tətbiqinin qeyri-mümkünlüyünə onları inandırmağa hazırdır. Mən dövlətin, prezident İlham Əliyevin komandasının iradəsini ortaya qoymuşam. Bu qətiyyən o demək deyil ki, kimsə kiminsə ayağına və ya harasa getməlidir. Mən dövlət məmuruyam, vəzifəm də Azərbaycanın ictimai-siyasi dairələri ilə Azərbaycan prezidentinin əlaqələrini yaratmaq, onların istək və arzularını ölkə prezidentinə, dövlət başçısının da siyasətini də onlara çatdırmaqdır.
- AXCP sədri Əli Kərimli “Texnikabank”ın əməkdaşı olan qaynının həbsini özünə qarşı təzyiq hesab edir. Bunu necə qiymətləndirirsiniz?
- Bu məsələ ilə əlaqədar proses davam edir. Hüquq-mühafizə orqanlarının fəaliyyəti, məhkəmə qərarı, həbs məsələsi, bundan sonrakı proseslər bitmədiyinə görə mənim verəcəyim şərh prosesə təsir kimi qiymətləndirilə bilər. Yalnız onu deyə bilərəm ki, Azərbaycanda gün ərzində yüzlərlə bu tip hadisə baş verir, onlarla, yüzlərlə saxlanan olur, işi məhkəməyə gedir. Bunların hər biri fərdi qiymətləndirilməlidir. Bu məsələləri siyasiləşdirib hansısa siyasi prosesə bağlamaq heç kəsə başucalığı gətirmir.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Kosovonun sabiq prezidenti Haşim Taçi hərbi cinayətlərə görə 25 il həbs cəzasına məhkum edilib
Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL
Növbəti qurultaya hazırlaşan YAP-ın inkişaf tarixində yeni mərhələ - MÖVQE
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib - FOTO - YENİLƏNİB
Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişini konstitusiyaya uyğun hesab edib
Şimali makedoniyalı mütəxəssis “Qəbələ”nin yeni baş məşqçisi təyin olunub
Etilen-Polietilen zavodunda gələn il modernizasiya layihəsi üzrə sahə işlərinə başlanılacaq
Aİ Orta Dəhlizin inkişafına 12 mlrd. avroyadək investisiya cəlb etməyi planlaşdırır
ABŞ Belarusun iki şirkətinə qarşı sanksiyaları aradan qaldıracaq, Minsk isə 25 nəfəri azad edəcək
2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Qərbi Azərbaycan İcması erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa çağırıb
Şimali Kiprin dini nümayəndəsi: Türk həmrəyliyinə heç bir qüvvə asanlıqla zərər vura bilməz
TDT rəsmisi Orta Dəhlizdə daşımaların asanlaşdırılmasının yollarından danışıb
“İrşad”da yeni tədris ilinə özəl “Yaşıl Cümə” fürsətləri başladı - VİDEO
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq - SABAHIN HAVASI
Ramazan Erdağ: Orta Dəhlizin uğuru yalnız yük həcmi ilə deyil, yaratdığı iqtisadi dəyərlə ölçüləcək
Aİ-nin enerji xərcləri Hörmüz boğazındakı vəziyyətə görə 90 milyard avro artıb
Gürcüstan DTX-nin yeni rəhbəri vəzifəsinə təsdiqlənib
AİB-nin Direktorlar Şurasının üzvləri Azərbaycana səfəri çərçivəsində ADY-də olublar
Fərid Şəfiyev: Orta Dəhlizin məqsədi xüsusilə böhran dövrlərində mühüm boşluqları doldurmaqdır
Müdafiə naziri Katz: İsrail Qəzzada "işi bitirəcək"
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Etilen-Polietilen Zavodunda gələn il əsaslı təmir aparılacaq
İstanbulda Azərbaycan məktəbinin açılışı gələn ilə təxirə salınıb
Türkiyə türk dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirmək niyyətindədir
FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Konstantinovkanın nəzarətə götürüldüyünü Putinə məruzə edən generalın ölümü rəsmən təsdiqlənib - YENİLƏNİB
Türk dövlətləri arasında ortaq ödəniş sistemi yaradıla bilər
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb
Kürşad Zorlu Türk dünyası İnkişaf Bankı ilə bağlı detalları açıqlayıb
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
Zelenski: Xaricdə olan 9 milyon ukraynalı ilə seçkiləri necə keçirmək olar?
Yanvar-avqust aylarında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Qəbələdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Vens: ABŞ Yaxın Şərq siyasətini İsrailə tabe edə bilməz
Türk dövlətləri üçün ortaq inkişaf bankı yaradıla bilər
“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova hökm oxunub
2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib
AK Partiyanın sədr müavini: Türk dövlətləri arasında rəqəmsal iqtisadi platforma yaradılmalıdır
Kürşad Zorlu: Orta Dəhliz iqtisadi inkişaf zolağına çevrilə bilər
Rusiya ordusu Kiyev–Nikolayev sərnişin qatarını vurub
Rusiya Ukraynada avtobusa dron zərbəsi endirib, 5 nəfər ölüb - FOTO
Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib