Bank Of Baku

Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri: “Teatrın binasında hər hansı ictimai-siyasi tədbirin keçirilməsi üçün xüsusi göstəriş olmalıdır”

Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri: “Teatrın binasında hər hansı ictimai-siyasi tədbirin keçirilməsi üçün xüsusi göstəriş olmalıdır”
# 03 aprel 2012 13:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müsavat Partiyası Opera və Balet Teatrına şifahi olaraq müraciət edib. Onların şifahi müraciətinə analoji şəkildə cavab verilib ki, Opera və Balet Teatrı tamaşa və konsertlərin keçirilməsi üçün nəzərdə tutulub. Hər hansı ictimai-siyasi tədbirin keçirilməsi üçün xüsusi göstəriş olmalıdır”. Bunu APA-ya açıqlamasında Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva deyib. O bildirib ki, Opera və Balet Teatrına Müsavat Partiyası adından rəsmi məktub daxil olmasa da, Bakı Şəhər İcra Hakimiyyətinin Müsavat Partiyasına ünvanladığı cavab məktubunun sürəti teatra təqdim edilib: “Onların şifahi müraciətində də qurultayın vaxtı haqda məlumat verilməyib. Ancaq onu qeyd edim ki, aprel və may aylarında repertuar çox sıx tərtib olunub. Boş bir gün belə yoxdur. Bəzi tamaşa və konsertlərin ifaçıları xaricdən gələcək və bu baxımdan da bu tamaşaların təxirə salınması mümkün deyil. Əgər onlarla müqaviləni pozsaq, cərimə ödəmək məcburiyyətində qalarıq”.

Ş. Ağamirzəyeva qeyd edib ki, teatrın 2012-ci il repertuarı 2011-ci ilin noyabrında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiqlənib: “May ayında “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar da xüsusi repertuar formalaşdırılıb. Bu repertuar musiqi yarışmasında iştirak etmək üçün Azərbaycan gələcək xarici vətəndaşların turist paketlərinə də daxil edilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR