Bank Of Baku

Müsavat Partiyasının keçmiş üzvləri partiyanın Masallı rayon təşkilatının fəaliyyətini dayandırması tələbi ilə aksiya keçiriblər

Müsavat Partiyasının keçmiş üzvləri partiyanın Masallı rayon təşkilatının fəaliyyətini dayandırması tələbi ilə aksiya keçiriblər
# 03 aprel 2012 13:34 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. Bu gün Masallı rayonunda Müsavat Partiyasının bir neçə keçmiş üzvü şəhərin Nizami adına Mədəniyyət və İstirahət Parkının ərazisində aksiya keçirib. APA-nın cənub bürosunun məlumatına görə, aksiya zamanı keçmiş müsavatçılar partiyanın rayon təşkilatından fəaliyyətini dayandırmağı tələb ediblər. Aksiyaçılar daha sonra Müsavat Partiyası Masallı rayon təşkilatının yerləşdiyi binaya yürüş edərək, onun qərargahının qapısını mismarlayıblar.

Müsavat Partiyası Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlu APA-nın yerli bürosuna keçmiş partiyadaşları tərəfindən keçirilən aksiyanın qabaqcadan planlaşdırıldığını bildirib: “Bu adamlar Partiyanın Nizamnaməsini pozduqlarından partiya sıralarından xaric olunublar. İndi isə aksiya keçirməklə özlərinin haqlı olduqlarını sübuta yetirməyə cəhd edirlər. Amma partiyamızın rəhbərliyinə kimin kim olduğunu yaxşı bəllidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR