Bank Of Baku

Azərbaycan prezidenti Dövlət Bayrağı Meydanı və İdman-Konsert Kompleksində inşaat işlərinin gedişi ilə tanış olub

Azərbaycan prezidenti Dövlət Bayrağı Meydanı və İdman-Konsert Kompleksində inşaat işlərinin gedişi ilə tanış olub
# 03 aprel 2012 16:34 (UTC +04:00)
APA-nın xəbərinə görə, dövlət başçısına layihə üzrə görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanınadək hissəsi 8 zolaqdan ibarət olacaq və ən müasir standartlara cavab verəcək. Burada rahat gediş-gəlişi təmin etmək məqsədi ilə yol boyu piyada keçidlərinin inşa olunacağı nəzərdə tutulub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanında və onun ətrafında həyata keçirilən abadlıq və quruculuq işlərinə baxıb, ərazidə inşa olunan İdman-Konsert Kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

İnşaat işləri ilə tanışlıqdan sonra dövlət başçısı həyata keçirilən tədbirlərlə bağlı müvafiq tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR