Bank Of Baku

Alparslan Türkeşin vəfatının 15-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanı və Türk Şəhidliyi ziyarət edilib - FOTOSESSİYA

Alparslan Türkeşin vəfatının 15-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanı və Türk Şəhidliyi ziyarət edilib - <font color=red>FOTOSESSİYA</font>
# 04 aprel 2012 12:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin bir qrup üzvü Alparslan Türkeşin vəfatının 15-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanını və paytaxtda yerləşən Türk Şəhidliyini ziyarət ediblər. APA-nın məlumatına görə, ziyarət zamanı Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlər yad olunub. Sonra ziyarət Türk Şəhidliyinin abidəsi qarşısında davam etdirilib.

Cəmiyyətin sədri Uğur Karadağ A. Türkeşin fəaliyyəti, ideologiyası, məqsəd və məramı haqqında danışaraq dünya türklərini bu amala xidmət etməyə çağırıb. O deyib ki, türk milləti yaşadıqca Türkeş də var olacaq və onun ideologiyası türkçülüyün inkişafına dayaq verəcək.

Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyasının qurucusu və ilk lideri Alparslan Türkeş 1997-ci il aprelin 4-də vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR