Bank Of Baku

Müxalifət düşərgəsində yeni birliyin yaradılması istiqamətində danışıqlar başlanıb

Müxalifət düşərgəsində yeni birliyin yaradılması istiqamətində danışıqlar başlanıb
# 06 aprel 2012 08:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Müxalifət düşərgəsində yeni formatda birliyin yaradılması istiqamətində danışıqlara başlanıb. APA-nın məlumatına görə, Vətəndaş və İnkişaf, Liberal və Yaşıllar partiyaları formatında aparılan danışıqların nəticəsiz davam etməsi, müzakirələrin səngiməsinə səbəb olub. Paralel olaraq adıçəkilən qurumlar Ədalət Partiyasının bir müddət əvvəl irəli sürdüyü təklifi də gözdən keçiriblər.

Ədalət Partiyasının sədr müavini Etimad İsmayılovun bilavasitə iştirakı ilə irəli sürülən əməkdaşlıq təşəbbüsünə dair detallar açıqlanmasa da, partiyalar yeni formatın formalaşdırılması niyyətini müsbət dəyərləndiriblər və məsləhətləşmələrin davam etdirilməsi qənaətinə gəliblər.

Adıçəkilən partiyalardan xəbər təsdiqlənməsə də, müxalifətin yeni formatının yaradılması barədə yaxın günlərdə açıqlama veriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR