Bank Of Baku

“Güney Azərbaycan: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

“Güney Azərbaycan: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib
# 06 aprel 2012 12:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) “Güney Azərbaycan: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan təşkilatlar arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

KXCP sədrinin müavini Aydın Mədətoğlu çıxışında deyib ki, Güney Azərbaycan hərəkatının əsas strategiyası soydaşlarımızı irançılıq ideologiyasından azad edərək, azərbaycançılıq məfkurəsində cəmləşdirmək olmalıdır.

Sonra tədbir məruzələrlə davam etdirilib. Dünya Azərbaycanlıları Konqresinin Mərkəzi Şurasının sədri Əjdər Tağızadə, AMİP sədri Yusif Bağırzadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Açıq Cəmiyyət Partiyasının sədri Vaqif Mahmudov, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və digərləri mövzu haqda fikirlərini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR