Bank Of Baku

Səyavuş Novruzov: “Bir hörmətli adamın yas mərasimində İctimai Palatanın bu gün keçirdiyi aksiyaya yığışanlardan üç qat çox adam olur”

Səyavuş Novruzov: “Bir hörmətli adamın yas mərasimində İctimai Palatanın bu gün keçirdiyi aksiyaya yığışanlardan üç qat çox adam olur”
# 08 aprel 2012 14:46 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. İctimai Palatanın (İP) Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirdiyi mitinqi Yeni Azərbaycan Partiyasının funksionerləri, partiyanın icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov da izləyiblər. Siyavuş Novruzov APA-ya verdiyi açıqlamada aksiyada çox az sayda vətəndaşın iştirak etdiyini deyib: “Mən özüm hazırda aksiya keçirilən ərazinin yaxınlığındayam. Burada o qədər az sayda adam var ki, gərək bu aksiyanın təşkilatçıları bu tədbir başlayan kimi istefa verib gedəydilər. Bir hörmətli adamın yas mərasimində bundan üç dəfə artıq adam olur. Onların bu yığıncağına uzaq başı piket demək olar. Gərək onlar özləri də burada mitinq yox, piket keçirdiklərini deyəydilər”.

Siyavuş Novruzov aksiyada Azərbaycan bayrağına hörmətsizlik olduğunu deyib: “Burada Azərbaycan bayrağına hörmətsizlik edilir. İştirakçılar AXCP-nin, Müsavatın da bayraqlarını yerə atıblar. Öz partiyalarıdır, öz bayraqlarıdır, özləri bilər, amma Azərbaycan bayrağına belə hörmətsizlik etmək onların səviyyəsinin göstəricidir. Çünki Azərbaycan bayrağı Azərbaycan dövlətinin simvoludur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR