Bank Of Baku

İctimai Palata aksiya keçirib–YENİLƏNİB

İctimai Palata aksiya keçirib–<font color=red>YENİLƏNİB</font>
# 08 aprel 2012 15:07 (UTC +04:00)
APA-nın hadisə yerində olan müxbirlərinin məlumatına görə, aksiyaya dövlət himninin səslənməsi ilə start verilib.

Mitinqdə əsasən müxlaifət partiyalarının funksionerləri, rayon təşkilatlarının təmsilçiləri və jurnalistlər iştirak ediblər.

Mitinqin aparıcısı İP Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli mitinqdə az adamın iştirak etməsində hakimiyyəti günahlandırıb və aksiyasının keçirilməsinə normal şərait yaradılmadığını bildirib. O, mitinqçiləri fəal və emosional olmağa çağırıb.

AXCP sədri Əli Kərimli, Müsavat sədri İsa Qəmbər, AXCP sədrinin müavini Gözəl Bayramlı, İP koordinasiya şurasının üzvü Pənah Hüseyn və digər şəxslər çıxışlarında hakimiyyətin həyata keçirdiyi siyasətə qarşı etirazlar, şüarlar səsləndiriblər. Onlar əsasən vətəndaşların mülkiyyət hüququnun pozulması, demokratik azadlıqların məhdudlaşdırılması və digər məsələlər barədə danışıblar.

Aksiyada İP-nin tələbləri əks olunmuş şüarlar və transparantlar qaldırılıb. Mitinq iştirakçıları xarici dillərdə şüarların çoxluğunu aksiyaya beynəlxalq təşkilatların diqqətini cəlb etmək məqsədi daşıdığını bildiriblər.

Ərazidə olan müxbirlərimizin verdiyi xəbərə görə, aksiya start veriləndən bir az sonra iştirakçılardan bəziləri ərazini tərk etməyə başlayıblar.

Aksiyanın sonunda mitinqin bəyanatı oxunub.

Hər hansı xoşagəlməz hadisənin və təxribatın baş verməməsi üçün mitinqin təhlükəsizliyi təmin edən polis əməkdaşları lazımi tədbirlər görüblər.

Mitinq insidentsiz başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR