Bank Of Baku

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik ediləcək

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik ediləcək
# 10 aprel 2012 11:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik ediləcək. APA-nın məlumatına görə, layihə bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib.

Qanuna edilmiş əlavəyə əsasən sorğuçu informasiya sorğusunun icrasından imtina edilməsi və ya lazımınca icra olunmaması barədə məhkəməyə və ya insan hüquqları üzrə müvəkkilə (ombudsmana) şikayət hüququna malikdir. Sorğunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah etməli və cavabda qeyd etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR