Bank Of Baku

Azərbaycan Milli Məclisi “Siyasi partiyalar haqqında” qanuna dəyişiklikləri aprelin 17-də müzakirə edəcək

Azərbaycan Milli Məclisi “Siyasi partiyalar haqqında” qanuna dəyişiklikləri aprelin 17-də müzakirə edəcək
# 12 aprel 2012 08:30 (UTC +04:00)
MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, iclasın gündəliyinə ümumilikdə 23 məsələ salınıb. Məsələlərin böyük əksəriyyəti müxtəlif qanunlara əlavə və dəyişikliklər edilməsi layihələridir.

“İnformasiya əldə etmək haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Su təchizatı və tullantı suları haqqında” qanunlara, həmçinin Mülki Prosessual Məcəllə, Meşə Məcəlləsi, Torpaq Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Vergi Məcəlləsi, Mənzil Məcəlləsi və s. qanunvericilik aktlarına əlavə və dəyişikliklər ediləcək.

Aprelin 17-də müzakirə ediləcək digər məsələ isə “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsidir. Layihənin elə həmin gün qəbul ediləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR