Siyavuş Novruzov: “Mitinqə muzdla gətirilmiş insanlar pulları verilmədiyi üçün meydanı yarımçıq tərk edib getdilər”
Bakı. Pərvin Abbasov-APA. “Aprelin 8-də keçirilən aksiya mitinq yox, piket idi. Bu hadisə bir daha sübut etdi ki, bizim dediyimiz sözlər haqlıdır. Bu piket xalqımızın müxalifətə göstərdiyi etimadsızlığın bariz nümunəsidir. Mən əvvəldən axıra qədər həmin piketi müşahidə etdim. müxalifət o meydanın üçdən birini doldura bilməmişdi”. APA-nın xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində partiya icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, mitinq iştirakçılarının əksəriyyəti muzdla tutulan insanlar olub: “Pulları verilmədiyi üçün onlar da həmin meydanı yarımçıq və əsəbi şəkildə tərk etdilər. Biz baş verən bu hadisələrin hamısını müşahidə edirdik. Yəni mitinqin sonuna qədər iştirakçıların az bir hissəsi qaldı ki, onlar da müxalifət rəhbərlərinin qohum-əqrəbası, dost-tanışı, mətbuat nümayəndələri və həmin partiyaların aparatında çalışan insanlar idilər. Bununla bağlı çox sayda sübutlarım var. Piketdə çıxış edən insanları dinləyərkən onların hələ də 1990-cı ilin təfəkküründə olduğu görünür. Yəni, cəmiyyət dəyişir, həyat dəyişir, təfəkkür dəyişir, amma Azərbaycanın bu müxalifəti dəyişmir, elə olduğu kimi qalıb”.
Səyavuş Novruzov bildirib ki, Azərbaycan xalqı, vətəndaşları ölkə siyasətində indiki müxalifətin xəyanətinin şahidi olub: “Pənah Hüseyn belə bir ifadə işlədib ki, YAP-ın nümayəndələri meydandakı adamların çoxluğunu görüb oranı tərk ediblər. Birincisi, biz oranı tərk etməmişdik və axıra qədər qalıb vəziyyəti izləmişik. Tərk etmək, qaçmaq müxalifətin xüsusiyyətidir və onların ənənələrindən biridir. 1993-cü ildə bütün Azərbaycan xalqı gördü ki, xalq üçün taleyüklü bir dövr olmasına baxmayaraq, Konstitusiyaya and içmələrinə baxmayaraq, başda prezidentləri olmaqla hamısı ölkəmizi ağır vəziyyətdə qoyub qaçdılar. Pənah Hüseyn Azərbaycanın Ləl-Cavahirat Fonduna süpürgə çəkərək qaçıb gizlənmişdi hansısa ot tayasının altında, biz neçə ildən sonra onu güclə tapıb gətirdik. İndi də demokratiyadan danışır. Əli Kərimli isə qaçıb Kələkidə gizlənmişdi, hansı ki, həmin vaxt dövlət katibi vəzifəsini daşıyırdı. İsa Qəmbər hansı dərədə gedib gizlənmişdi, bəlli deyildi. Biz Azərbaycanda ictimai-siyasi sabitlik, demokratik mühit yaradandan sonra ortaya çıxdılar. Yəni, qoyub qaçmaq onların ənənəsidir və Azərbaycanın taleyüklü məsələləri zamanı həmişə qaçıblar”.
Millət vəkili qeyd edib ki, mitinqdə 10 min adamın iştirak etməsi ağ yalandır: “Pənah Hüseyn yalan danışanda heç olmasa üzünə bir ələk tutardı ki, camaat görməsin. Deyir, mitinqdə 10 min adam vardı. Azərbaycan cəmiyyəti görmür ki, sən yalan danışırsan? Təbii ki, bu yalanların hamısını xarici mühit üçün danışırlar, amma Pənah Hüseyn görmədi ki, xaricilər xüsusi aparatla oranı çəkirdilər və həmin aparat da sayı göstərir. Yeni informasiya texnologiyaları var ki, Pənah Hüseynin dediyi sayı deyil, reallığı göstərir. Bir neçə xarici səfirliyin, diplomatik korpusun nümayəndələri çəkiliş aparırdı. Müxalifət rəhbərlərinin isə iştirakçıların sayını artırmaqda məqsədi var. Bu sayı artıq deməklə xaricdən aldıqları vəsaitin miqdarını artırmaq istəyirlər. Lakin bu cəhdləri iflasa uğradı. Mən orada da dedim ki, bu “mitinqi” təşkil edənlərin hərəsinə bir kəndir lazımdır ki, getsinlər özlərini assınlar. Orada heç min adam yox idi. İkinci tərəfdən, aksiyanın təhlükəsizliyi lazımi səviyyədə təmin olunmuşdu. Biz hər zaman deyirik ki, mitinq keçirmək üçün istənilən şərait yaradılıb və gedin razılaşdırılmış mitinqinizi keçirin. Sadəcə, müxalifət rəhbərləri iflasa uğrayacaqlarını bildikləri üçün qanunsuz mitinqlər keçirməyə çalışırdılar”.
S. Novruzov deyib ki, mitinq iştirakçılarının sayı ilə bağlı müxalifətçilərin özləri də ziddiyyətli fikirlər səsləndirirlər: “İsa Qəmbər çıxışında təkrar edirdi ki, gələn dəfə hər kəs özü ilə beş nəfər gətirsin. Bu, bazardan toyuq almaqdır, qarpız almaqdır? İsa Qəmbər bir tərəfdən deyir ki, Müsavatın minlərlə üzvləri var, digər tərəfdən yalvarır, ilan dili çıxarır ki, söz verirsinizmi ki, gələn dəfə gələndə hərəniz beş nəfər də gətirəcəksiniz? Yəni burada əqidədən, ideologiyadan söhbət gedə bilməz. Sadəcə, sayı çox göstərmək üçün çalışırlar”.
YAP funksioneri bildirib ki, müxalifət xaricdəki ağalarının təhriki ilə Azərbaycanda keçiriləcək “Eurovision” mahnı yarışmasının üstünə azacıq da olsa kölgə salmaq istəyir: “Burada Ermənistanın da, bizi istəməyən ayrı-ayrı dövlətlərin də əli var. Bu yaxınlarda İran tərəfindən də bir bəyanat verildi. Baxırsan ki, onların fikirləri müxalifətin fikirləri ilə üst-üstə düşür və mənbənin harada olması artıq bəlli olur. Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan güclü dövlət kimi bu beynəlxalq tədbiri də ən yüksək səviyyədə keçirəcək. İnanmıram ki, “Eurovision” mahnı müsabiqəsini gələcəkdə Azərbaycanın səviyyəsində keçirə bilən ölkə olsun”.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Növbəti qurultaya hazırlaşan YAP-ın inkişaf tarixində yeni mərhələ - MÖVQE
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib - FOTO - YENİLƏNİB
Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişini konstitusiyaya uyğun hesab edib
Şimali makedoniyalı mütəxəssis “Qəbələ”nin yeni baş məşqçisi təyin olunub
Etilen-Polietilen zavodunda gələn il modernizasiya layihəsi üzrə sahə işlərinə başlanılacaq
Aİ Orta Dəhlizin inkişafına 12 mlrd. avroyadək investisiya cəlb etməyi planlaşdırır
ABŞ Belarusun iki şirkətinə qarşı sanksiyaları aradan qaldıracaq, Minsk isə 25 nəfəri azad edəcək
2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Qərbi Azərbaycan İcması erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa çağırıb
Şimali Kiprin dini nümayəndəsi: Türk həmrəyliyinə heç bir qüvvə asanlıqla zərər vura bilməz
TDT rəsmisi Orta Dəhlizdə daşımaların asanlaşdırılmasının yollarından danışıb
“İrşad”da yeni tədris ilinə özəl “Yaşıl Cümə” fürsətləri başladı - VİDEO
“Atəşgah” Sığortadan şagirdlərə “Bilik Günü” dəstəyi
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq - SABAHIN HAVASI
Ramazan Erdağ: Orta Dəhlizin uğuru yalnız yük həcmi ilə deyil, yaratdığı iqtisadi dəyərlə ölçüləcək
Aİ-nin enerji xərcləri Hörmüz boğazındakı vəziyyətə görə 90 milyard avro artıb
Gürcüstan DTX-nin yeni rəhbəri vəzifəsinə təsdiqlənib
AİB-nin Direktorlar Şurasının üzvləri Azərbaycana səfəri çərçivəsində ADY-də olublar
Fərid Şəfiyev: Orta Dəhlizin məqsədi xüsusilə böhran dövrlərində mühüm boşluqları doldurmaqdır
Müdafiə naziri Katz: İsrail Qəzzada "işi bitirəcək"
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Etilen-Polietilen Zavodunda gələn il əsaslı təmir aparılacaq
İstanbulda Azərbaycan məktəbinin açılışı gələn ilə təxirə salınıb
Türkiyə türk dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirmək niyyətindədir
FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Konstantinovkanın nəzarətə götürüldüyünü Putinə məruzə edən generalın ölümü rəsmən təsdiqlənib - YENİLƏNİB
Türk dövlətləri arasında ortaq ödəniş sistemi yaradıla bilər
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb
Kürşad Zorlu Türk dünyası İnkişaf Bankı ilə bağlı detalları açıqlayıb
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
Zelenski: Xaricdə olan 9 milyon ukraynalı ilə seçkiləri necə keçirmək olar?
Yanvar-avqust aylarında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Qəbələdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Vens: ABŞ Yaxın Şərq siyasətini İsrailə tabe edə bilməz
Türk dövlətləri üçün ortaq inkişaf bankı yaradıla bilər
“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova hökm oxunub
2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib
AK Partiyanın sədr müavini: Türk dövlətləri arasında rəqəmsal iqtisadi platforma yaradılmalıdır
Kürşad Zorlu: Orta Dəhliz iqtisadi inkişaf zolağına çevrilə bilər
Rusiya ordusu Kiyev–Nikolayev sərnişin qatarını vurub
Rusiya Ukraynada avtobusa dron zərbəsi endirib, 5 nəfər ölüb - FOTO
Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
SEPAH ABŞ-a məxsus 52-ci MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb