Bank Of Baku

Azərbaycan prezidenti Ağstafada yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak edib

Azərbaycan prezidenti Ağstafada yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak edib
# 12 aprel 2012 12:50 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də Ağstafa şəhərində yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak edib.

Parkda Xalq Şairi Səməd Vurğunun büstü qoyulub, büstün fonunda görkəmli şairin yaradıcılığını əks etdirən “Kitab abidəsi” kompleksi tikilib.

APA-nın məlumatına görə, dövlət başçısı Səməd Vurğunun abidəsi önünə gül dəstəsi qoyub.

Prezidentə parkda görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, parkda simsiz internet şəbəkəsi yaradılıb, “Yazıçılar evi” və “Vurğun kafesi” inşa edilib.

Parkla tanışlıqdan sonra dövlət başçısı “Yazıçılar evi”ndə bölgə ziyalıları ilə görüşüb.

Dövlət başçısına Molla Vəli Vidadinin dövründən bu günədək Qazax mahalında yaşayıb yaradan şairlərin əsərlərinin toplusu olan “Şairlər vətəni – bizim tərəflər” poeziya antologiyası hədiyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR