Azərbaycan prezidenti “Ağstafa Aqroservis” MMC-nin açılışında iştirak edib
Prezidentin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, dövlət başçısına məlumat verilib ki, “Ağstafa Aqroservis” MMC-nin istifadəyə verilməsi rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradacaq.
Eyni zamanda müəssisə kompleks aqrotexniki xidmətlər, o cümlədən əkilməsi məqsədəuyğun olan bitki növü və sortlarının, istifadəsi zəruri gübrə və digər preparatların müəyyənləşdirilməsi, düzgün əkin metodunun seçilməsi, şum, səpin və suvarma işlərinin aparılması, məhsulun yığımı və aqronom xidmətləri göstərməklə fermerlər və torpaq sahibləri üçün “vahid pəncərə” rolunu oynayacaq. Müəssisə tərəfindən əkinçilik təsərrüfatlarına keyfiyyətli və yüksək məhsuldarlığı təmin edən toxum, gübrə və kimyəvi preparatlar təklif ediləcək.
Ümumi sahəsi bir hektardan çox olan “Ağstafa Aqroservis” MMC-nin tikintisinə 2010-cu ilin iyununda başlanıb. Müəssisəyə Almaniyanın aparıcı şirkətlərinin istehsalı olan və müasir standartlara cavab verən texnika və avadanlıq alınıb. Burada ümumilikdə 75 traktor, qoşqu və digər texnika vardır. Müəssisə 14 min hektar sahəyə xidmət göstərmək gücünə malikdir.
Qeyd olunub ki, bu cür kənd təsərrüfatı texnikaları Cənubi Qafqazda yalnız “Ağstafa Aqroservis” MMC-də var. Müasir tələblər səviyyəsində hazırlanan bu texnikaların tətbiqi ilə daha az yanacaq və vaxt sərf etməklə yüksək iqtisadi səmərə əldə etmək mümkündür. Buradakı texnikanın əksəriyyəti, eyni zamanda 4-5 əməliyyat yerinə yetirə bilir. Müəssisənin ixtiyarında üç mobil servis maşını da var. Almaniyada istehsal olunan bu avtomobillər istənilən yerdə texnikaya xidmət göstərmək üçün kompyuter və digər zəruri avadanlıqla təchiz edilib. 30 nəfərin işlə təmin olunduğu müəssisə yalnız Ağstafa rayonunda deyil, Qazax və Tovuz ərazisində də aqroservis xidmətləri göstərməyə qadirdir.
Dövlət başçısına gələcəkdə “Ağstafa Aqroservis” MMC-nin tərkibində yaradılacaq “Taxıl anbarı, emalı və un istehsalı” bölməsi barədə də məlumat verilib. Burada aqrar laboratoriyanın yaradılması, ümumi saxlama gücü 30 min ton olan üç taxıl və 6 min tonluq üç toxum anbarının tikintisi nəzərdə tutulur. Bundan başqa, ümumi sahəsi 6 min hektar olan taxılçılıq təsərrüfatının yaradılması qarşıya məqsəd qoyulub. Avadanlığı Almaniya istehsalı olan dəyirmanın və saatda 10 ton istehsal gücünə malik çörək-qənnadı zavodunun tikilməsi planlaşdırılır. Müəssisədə 28 nəfər işlə təmin ediləcək. Layihənin 25%-ni Azərbaycan İnvestisiya Şirkəti, 75%-ni isə Almaniyanın “RAO Qlobal Qrup” şirkəti maliyyələşdirir.
Prezident İlham Əliyev Ağstafa rayonunun Böyük Kəsik qəsəbəsində inşa ediləcək “Ağstafa Süd” ASC-nin layihəsi ilə də tanış olub. Bildirilib ki, layihənin məqsədi Ağstafa rayonunda özündə yem və heyvandarlıq təsərrüfatları, süd emalı zavodunu birləşdirəcək südçülük kompleksinin yaradılmasıdır. Kompleks yem, heyvandarlıq təsərrüfatları və emal gücü saatda 5 ton olan süd zavodunu özündə birləşdirir.
Diqqətə çatdırıldı ki, ümumi sahəsi 2,7 min hektar olan yem təsərrüfatında yonca, arpa, buğda, qarğıdalı əkiləcəkdir. Bununla da kompleksdə heyvandarıq təsərrüfatı üçün il ərzində tələb olunan yemin 95 faizi bu təsərrüfatda istehsal ediləcəkdir. Kompleksin heyvandarlıq təsərrüfatında 6630 baş mal-qara bəslənilir ki, onların arasında Almaniyadan gətirilən cins inəklər də vardır.
Dövlətimizin başçısı Almaniyada istehsal edilən “Kompakt-Soliter 9” əkin aqreqatının iş prinsipi ilə tanış olub.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib - FOTO - YENİLƏNİB
Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişini konstitusiyaya uyğun hesab edib
Şimali makedoniyalı mütəxəssis “Qəbələ”nin yeni baş məşqçisi təyin olunub
Etilen-Polietilen zavodunda gələn il modernizasiya layihəsi üzrə sahə işlərinə başlanılacaq
Aİ Orta Dəhlizin inkişafına 12 mlrd. avroyadək investisiya cəlb etməyi planlaşdırır
ABŞ Belarusun iki şirkətinə qarşı sanksiyaları aradan qaldıracaq, Minsk isə 25 nəfəri azad edəcək
2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Qərbi Azərbaycan İcması erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa çağırıb
Şimali Kiprin dini nümayəndəsi: Türk həmrəyliyinə heç bir qüvvə asanlıqla zərər vura bilməz
TDT rəsmisi Orta Dəhlizdə daşımaların asanlaşdırılmasının yollarından danışıb
“İrşad”da yeni tədris ilinə özəl “Yaşıl Cümə” fürsətləri başladı - VİDEO
“Atəşgah” Sığortadan şagirdlərə “Bilik Günü” dəstəyi
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq - SABAHIN HAVASI
Ramazan Erdağ: Orta Dəhlizin uğuru yalnız yük həcmi ilə deyil, yaratdığı iqtisadi dəyərlə ölçüləcək
Aİ-nin enerji xərcləri Hörmüz boğazındakı vəziyyətə görə 90 milyard avro artıb
Gürcüstan DTX-nin yeni rəhbəri vəzifəsinə təsdiqlənib
AİB-nin Direktorlar Şurasının üzvləri Azərbaycana səfəri çərçivəsində ADY-də olublar
Fərid Şəfiyev: Orta Dəhlizin məqsədi xüsusilə böhran dövrlərində mühüm boşluqları doldurmaqdır
Müdafiə naziri Katz: İsrail Qəzzada "işi bitirəcək"
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Etilen-Polietilen Zavodunda gələn il əsaslı təmir aparılacaq
İstanbulda Azərbaycan məktəbinin açılışı gələn ilə təxirə salınıb
Türkiyə türk dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirmək niyyətindədir
FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Konstantinovkanın nəzarətə götürüldüyünü Putinə məruzə edən generalın ölümü rəsmən təsdiqlənib - YENİLƏNİB
Türk dövlətləri arasında ortaq ödəniş sistemi yaradıla bilər
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb
Kürşad Zorlu Türk dünyası İnkişaf Bankı ilə bağlı detalları açıqlayıb
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
Zelenski: Xaricdə olan 9 milyon ukraynalı ilə seçkiləri necə keçirmək olar?
Yanvar-avqust aylarında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Qəbələdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Vens: ABŞ Yaxın Şərq siyasətini İsrailə tabe edə bilməz
Türk dövlətləri üçün ortaq inkişaf bankı yaradıla bilər
“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova hökm oxunub
2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib
AK Partiyanın sədr müavini: Türk dövlətləri arasında rəqəmsal iqtisadi platforma yaradılmalıdır
Kürşad Zorlu: Orta Dəhliz iqtisadi inkişaf zolağına çevrilə bilər
Rusiya ordusu Kiyev–Nikolayev sərnişin qatarını vurub
Rusiya Ukraynada avtobusa dron zərbəsi endirib, 5 nəfər ölüb - FOTO
Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
SEPAH ABŞ-a məxsus 52-ci MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Messi Argentina millisində vida oyunu keçirəcək
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Mbappe keçmiş klubu PSJ-yə 60 min avro təzminat ödəyəcək