Bank Of Baku

Millət vəkili Qənirə Paşayeva Türkiyə ilə Azərbaycan arasında mədəni və sosial əlaqələrin gücləndirilməsinə və tarixi qardaşlığa verdiyi töhfəsinə görə təltif edilib - FOTO

Millət vəkili Qənirə Paşayeva Türkiyə ilə Azərbaycan arasında mədəni və sosial əlaqələrin gücləndirilməsinə və tarixi qardaşlığa verdiyi töhfəsinə görə təltif edilib - <font color=red>FOTO</font>
# 14 aprel 2012 09:48 (UTC +04:00)
Bakı-APA. Millət vəkili Qənirə Paşayeva “Türkiyə ilə Azərbaycan arasındakı mədəni və sosial əlaqələrin gücləndirilməsinə və tarixi qardaşlığa verdiyi töhfəsinə” görə təltif edilib. Millət vəkilinə təltif “Azərbaycan –Türkiyə münasibətlərinin bu günü və gələcəyi: QHT, media və beyin mərkəzlərinin bu münasibətlərin inkişafında yeri və rolu” mövzusunda keçirilən konfrans çərçivəsində TBMM-nin üzvü İsmail Safi tərəfindən təqdim edilib.

“Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadiq Əməkdaşlıq Şurası Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, Avrasya QHT Əməkdaşlıq Dərnəyinin rəhbəri İsmail Safi və Avrasya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri Hikmət Ərən Fəxri Xiyabanda Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət ediblər.

Qonaqlar Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasında Azərbaycan nümayəndə heyətinin sədri Asəf Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə görüşüblər. Görüşlərdə Azərbaycan və Türkiyə parlamentarilərinin, hər iki ölkə QHT-lərinin, media quruluşları və diaspor təşkilatlarının əməkdaşlığının daha da dərinləşdirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Görüşlərdə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva və İctimai Birliyin digər rəhbər şəxsləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR