Bank Of Baku

Məhkəmə Arif Hacılının azadlığa buraxılması ilə bağlı müraciətinə baxacaq

Məhkəmə Arif Hacılının azadlığa buraxılması ilə bağlı müraciətinə baxacaq
# 16 aprel 2012 07:31 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında A. Hacılının qardaşı Mustafa Hacıbəyli deyib. A. Hacılı cəzasının üçdə birindən sonra azadlığa çıxması ilə bağlı müraciət edib. Müraciətə Suraxanı Rayon Məhkəməsi tərəfindən baxılacaq.

O, A. Hacılı ilə görüşdüyünü bildirib. M. Hacıbəyli mətbuatda Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovun A. Hacılı ilə görüşməsi barədə yazılanları isə təsdiq edib: “Lakin görüşün detalları barədə məlumatlı deyiləm”.

Qeyd edək ki. A. Hacılı İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasında saxlanılıb, məhkəmə qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR