Müsavat Divanı 22 aprel mitinqinə hazırlığı müzakirə edib
16 aprel 2012 14:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müsavat Partiyasının Salyan və Siyəzən rayonlarında keçirilən zona müşavirələri haqqında məlumatlar dinlənilib və müsbət qiymətləndirilib. Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. İctimai Palatanın bölgələrdə keçirilən təsis yığıncaqları barəsində məlumatlar dinlənilib.
Toplantıda İctimai Palatanın 22 aprel mitinqinə hazırlıqla bağlı məsələlər geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Divan siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı parlamentdə müzakirəyə çıxarılan qanun layihəsi ilə bağlı 5 partiyanın dünən qəbul etdiyi bəyanatı da müsbət qiymətləndirib.
Sonda cari məsələlərə baxılıb.

Daxili siyasət
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
00:00
28 may 2024
MSK daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub
16:37
27 may 2024
Milli Məclisin yaz sessiyası çərçivəsində son iclasının gündəliyi açıqlanıb
16:31
27 may 2024
Azərbaycanda ən yaşlı qadın seçicinin 134, kişi seçicinin 109 yaşı var
16:26
27 may 2024