Bank Of Baku

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı mitinq keçirməyə qərar verib

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı mitinq keçirməyə qərar verib
# 16 aprel 2012 15:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı kütləvi aksiya keçirməyə qərar verib. Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc APA-ya açıqlamasında deyib ki, bu barədə qərar hərəkatın İdarə Heyətinin bu gün keçirilən yığıncağında qəbul olunub: “Yaxın vaxtlarda Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi nəzərdə tutulub”.

Ə. Oruc qeyd edib ki, mitinqi iyunun 24-də - “Türklük günü”ndə Yasamal rayonu Hüseyn Cavid parkında keçirmək qərarlaşdırılıb: “Biz mitinqi Bibiheybət qəsəbəsində keçirmək niyyətində deyilik. Qərar qəbul olunub ki, icazə verməsələr də, mitinqi Hüseyn Cavid parkında keçirməyə cəhd edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR