Prezident İlham Əliyev: “Azərbaycanı qarşıdurma arenasına çevirmək istəyən gedib özünə başqa yer axtarsın”
Prezident deyib ki, Azərbaycan azad internetin olduğu ölkələrdəndir: “Bunu, bəzən bizi tənqid etmək istəyənlər unutmasınlar. İnternet istifadəçilərinin sayı getdikcə artır, 50 faizdən çoxdur”.
Ölkə başçısı bildirib ki, getdikcə informasiya təhlükəsizliyi məsələləri daha da çox aktuallaşır: “Bizə qarşı informasiya müharibəsi aparılır. Bu, həqiqətdir. Mən buna tam əminəm, bu barədə iki fikir ola bilməz. Bu informasiya müharibəsinin aparılması işində, əlbəttə ki, ilk növbədə, erməni lobbisi öz fəallığı ilə seçilir. Azərbaycanı qaralamaq, reallıqlarını danmaq, Azərbaycanı geridə qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim etmək cəhdləri, ilk növbədə, erməni lobbisinin çirkin əməllərindən qaynaqlanır. Onların təsir dairəsi kifayət qədər genişdir, müxtəlif ölkələrin aparıcı mətbu orqanlarında təmsil olunurlar. Bəzən başqa familiyalarla təmsil olunurlar, öz mənşəyini gizlədirlər. Bu, indi ikinci məsələdir. İnsan öz milli mənsubiyyətini gizləməməlidir. İstənilən insan öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Amma onlar başqa ölkələrdə nədənsə bu sahədə də seçilirlər”.
Prezident bildiirb ki, erməni lobbisi bəzi hallarda Azərbaycana qarşı açıq kampaniya aparır: “Çalışırlar ki, Azərbaycanın imicinə koordinasiya edilmiş şəkildə xələl gətirsinlər. Onların fəaliyyəti məqsədyönlüdür və bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır. Bizim üçün də, bir daha demək istəyirəm ki, bir nömrəli düşmən erməni lobbisidir. Biz bu mübarizəyə də hazır olmalıyıq”.
Ölkə başçısı son illərdə vəziyyətin böyük dərəcədə dəyişdiyini bildirib: “Azərbaycanın diaspor təşkilatları, bizim sağlam qeyri-hökumət təşkilatlarımız, Azərbaycanın xaricdəki səfirlikləri, bizim ictimaiyyətimiz, xarici mətbuata çıxış imkanlarımız və mövqeyimiz güclənir. Ancaq hələ ki, biz reallıqları da nəzərə almalıyıq. Erməni lobbisi Avropada və başqa ölkələrdə, böyük ölkələrdə onilliklər, bəlkə əsrlər boyu fəaliyyət göstərir, təşkilatlanmış çox aqressiv və mənfi qüvvədir. Bizə qarşı, necə deyərlər, mənfi informasiyanın təkanvericisi erməni lobbisidir. Erməni lobbisinin təsiri altında olan, onların çirkli pulları ilə dolanan bəzi ölkələrin siyasi xadimləridir. Biz onların adlarını bilirik, onları tanıyırıq. Onların qondarma “Dağlıq Qarabağ respublikası”na səfərlərinin sayına baxmaq kifayətdir ki, hər bir adam bilsin, nə üçün onlar oraya gedirlər. Bu, ikinci qüvvədir”.
Prezident vurğulayıb ki, üçüncü qüvvələr də var: “Əfsuslar olsun ki, bəzi ölkələrdə islamofobiya meyilləri güclənir. Bu da reallıqdır. Çox mənfi reallıqdır, ancaq reallıqdır. Biz də bu reallıqla hesablaşmalıyıq. İslamofobiya meyilləri gücləndikcə müsəlman ölkələrinə münasibət də mənfi istiqamətə gedir. Biz bunu bilməliyik və deməliyik. İslamofobiya xəstəliyinə yoluxmuş siyasətçilərin sayı artmaqdadır. Bu qüvvələr müsbət mənada seçilən, öz müasirliyi, müstəqil siyasəti ilə fərqlənən, islam dəyərlərinə sadiq olan ölkə kimi Azərbaycanı görəndə, əlbəttə ki, sevinmirlər, məyus olurlar. Biz bu amili də daim nəzərdə saxlamalıyıq və çalışmalıyıq ki, bu vəziyyəti öz siyasətimizlə xeyrimizə dəyişdirək”.
Prezident Azərbaycana qarşı informasiya müharibəsi aparan digər qüvvələrin Azərbaycanın müstəqil siyasətini qəbul etməyənlər olduğunu deyib: “Onlara elə gəlir ki, Azərbaycan kimi ölkə müstəqil siyasət aparmamalıdır. Kiminsə qanadının altına keçməlidir və müstəqil siyasətə malik olmamalıdır. Elə qüvvələr də var ki, biz onları tanıyırıq. Onların Azərbaycana qarşı gizli mübarizəsi gedir. Bu mübarizəni bəzi hallarda açıq yox, qorxaqcasına informasiya məkanında aparırlar”.
Prezident Azərbaycanın müstəqil siyasətinin, beynəlxalq məsələlərlə bağlı qəti mövqeyinin dünya birliyi tərəfindən dəstəkləndiyini vurğulayıb: “BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük təntənəmizdir, zəfərimizdir. Bizi 155 ölkə dəstəklədi. Budur, dünya ictimaiyyəti. Dünya ictimaiyyəti hansısa regional təşkilat deyil. Dünya ictimaiyyəti BMT-dir. BMT də bizi dəstəkləyir”.
Prezident bəzi qüvvələrin Azərbaycanın siyasətindən qıcıqlandığını qeyd edib: “Onlar yeni imkanlardan istifadə edib informasiya təxribatları ilə məşğul olmağa çalışırlar, yalan, böhtan xarakterli məlumatları ötürürlər. Mətbuat hazırda, nəinki informasiya mənbəyidir, eyni zamanda, təxribat mənbəyidir. Əfsuslar olsun ki, bu, belədir. Biz isə öz növbəmizdə buna hazır olmalıyıq. Biz hazırıq. Biz hər bir əsassız hücuma cavab verməliyik, veririk və verəcəyik”.
Dövlət başçısı Azərbaycana qarşı informasiya təxribatlarının bu faktlarla məhdudlaşmadığını qeyd edib: “Elə qüvvələr var ki, bölgədə vəziyyəti qarışdırmaq istəyirlər. Elə qüvvələr var ki, Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq istəyirlər. Burada da informasiya təxribatlarından istifadə edilir. Başqa necə istifadə edə bilərlər?! Mümkün deyil. Çünki qonşularımızla əlaqələrimiz tarixi köklərə söykənir. Biz bütün qonşularla, - Ermənistan təbii ki, istisna olmaqla, - normal, yaxşı dostluq münasibətləri yaratmışıq və bu dostluq münasibətlərini gücləndiririk, gücləndirəcəyik. Heç bir qonşumuzla problemimiz yoxdur”.
“Azərbaycan heç vaxt başqa ölkələrin planlarında iştirak etməyəcək. Mən bunu dəfələrlə demişəm” deyən dövlət başçısı hələ prezidentlik dövrünün əvvəlindəki bəyanatını xatırladıb: “Azərbaycan qarşıdurma arenasına çevrilməyəcək. Kim istəyir, Azərbaycanı qarşıdurma arenasına çevirsin, gedib özünə başqa yer axtarsın. Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin və bunu hamı bilir. Belə olan halda yenə gəlir informasiya təxribatı məsələləri. Mötəbər, dünya səviyyəli mətbu orqanlarda çirkin yalanlar dərc edilir. Sonra bu yalanları təsir altında olan digər mətbu orqanlar yayır. Beləliklə, rəy formalaşır. Yaxud da ki, formalaşdırmağa çalışırlar ki, Azərbaycan bölgədə hansısa başqa planlara malikdir”.
Prezident İlham Əliyev Azərbaycanın bölgədə sülh, sabitlik, əmin-amanlıq olmasnı, qonşularla münasibətlərin prioritet xarakter daşıdığını bildirib: “Biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Mən qonşulardan da Azərbaycana ancaq müsbət münasibət görürəm və buna çox şadam. Ona görə, biz bunu bilməliyik, bu barədə açıq deməliyik və buna qarşı biz öz prinsipial mövqeyimizi qoymalıyıq və qoyuruq”.
Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Xəbər Lenti
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Zelenski Baş nazir Sviridenkonun vəzifəsini dəyişir
SEPAH ABŞ-ın İordaniyadakı hərbi bazasına zərbə endirdiyini iddia edib
Amazon, Microsoft, Alphabet və Meta-nın milyardlıq AI planları açıqlanıb
Bəhreyn İranın raket və pilotsuz aparat hücumlarının qarşısının alındığını açıqlayıb
Qətərdə gəmilərin dənizə çıxışı müvəqqəti qadağan edilib
Belqorodda avtomobildə partlayış olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
ABŞ və İran arasında hərbi qarşıdurma daha da dərinləşib, tərəflər qarşılıqlı zərbələr endirir
Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
İran Hörmüz boğazının yenidən bağlandığını bəyan edib
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Bu gün saat 15:00-da qəbul imtahanının düzgün cavabları təqdim olunacaq
Bu gün keçirilən imtahanlarda 12 nəfərdə telefon aşkarlanıb və imtahandan kənarlaşdırılıb
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
Ukrayna hava hücumundan müdafiə sistemləri ballistik raketlərin 92%-ni hədəfə ala bilmir
Azərbaycanın güləşçisi U-20 Avropa çempionatında qızıl medal qazanıb
Yol Polisi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Azərbaycanın bəzi rayonlarında dolu düşəcək - PROQNOZ
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib - YENİLƏNİB
Güclü leysan Gürcüstanın Telavi şəhəri su altında qoyub - VİDEO
İsrail niyə erməni soyqırımının tanınması təşəbbüsünü dayandırdı?
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib - FOTO - VİDEO
Marko Rubio Venesuelanı uzaqdan idarə edir
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir - FOTOLENT - YENİLƏNİB
Bəqayi Əraqçinin Omana səfərinin detalları barədə danışıb
Qətərin keçmiş əmiri vəfat edib
SEPAH: Hörmüz boğazında qayda pozan ikinci gəmi vurulub
Pakistanın xarici işlər naziri Əraqçi ilə telefon danışığı edib, İran və ABŞ-ı gərginliyi azaltmağa çağırıb
ABŞ senatoru Lindsi Qrem vəfat edib
Konqoda daha bir ABŞ vətəndaşında Ebola virusu aşkarlanıb
DÇ-26: Argentina İsveçrə qarşılaşmasından sonra Xulian Alvares oyunun ən yaxşısı adına layiq görülüb
Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə hücum edib, ölənlər var
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
ABŞ-ın hücumuna cavab olaraq, İran körfəz ölkələrinə raket və PUA hücumları edib - YENİLƏNİB
Kanadada festival zamanı silahlı insident olub, 2 nəfər ölüb, yaralılar var
Finlandiya Rusiyadan dəmir yolu keçid məntəqələrinin bağlanması ilə bağlı bildiriş alıb
Futbol üzrə dünya çempionatının yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşib
UFC 329: Maks Hollouey Konor Makqreqoru texniki nokautla məğlub edib
CENTCOM: İrana qarşı bu həftənin üçüncü hava zərbələri başa çatıb, 140 hərbi obyektə zərbə endirilib
DÇ-2026: Argentina yarımfinala yüksəlib
NYT: "Helsing" şirkəti Almaniyanın cənubundakı məxfi zavodda PUA istehsal edir
Hacıqabulda sərnişin avtobusu aşıb, 30-dan çox yaralı var - FOTO - YENİLƏNİB
Fitso: NATO sammitində Rusiya ilə dialoqa maraq nümayiş etdirilib
KİV: Kiyevin HHM sistemləri Rusiyanın yeni zərbələrinin qarşısını almaqda çətinlik çəkir
Polşa XİN: Paris və Varşava “nüvə çətiri” layihəsi üzrə məsləhətləşmələrə başlayıb
DÇ-2026: İngiltərə yarımfina yüksəlib
SEPAH: Hörmüz boğazı növbəti göstərişədək bağlanıb
KİV: Avropa Hörmüz boğazından keçid üçün könüllü rüsum ödəməyə razılıq verə bilər
Kuba Prezidenti: Təhlükə Havana deyil, Vaşinqtondur