Bank Of Baku

Qüdrət Həsənquliyev Tiflisdə keçirilən konfransa qatılacaq

Qüdrət Həsənquliyev Tiflisdə keçirilən konfransa qatılacaq
# 17 aprel 2012 16:11 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) deputatı Qüdrət Həsənquliyev parlamentarilər üçün etik qaydalar Kodeksinə və standartlarına həsr olunmuş konfransda iştirak etmək üçün aprelin 18-də Tiflisə səfər edəcək. MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirə Türkiyə, Böyük Britaniya, Fransa, Ukrayna, Polşa parlamentlərinin nümayəndələri də qatılacaqlar.

Konfransda parlament etikası, o cümlədən deputatların qarşılıqlı münasibəti, iclaslarda müzakirələrin aparılma və səsvermə qaydaları, reqlamentə riayət edilməsi, bu sahədə dünya təcrübəsinin öyrənilməsi və tətbiqi məsələləri müzakirə olunacaq. Azərbaycanlı deputat qaldırılan məsələlərlə bağlı fikirlərini açıqlayacaq, Milli Məclisin iş prinsipləri barədə məlumat verəcək. Səfər aprelin 20-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR