Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın aprelin 22-nə təyin etdiyi yürüş-mitinqlə bağlı müraciətini cavablandırıb
18 aprel 2012 14:19 (UTC +04:00)
Bu barədə APA-ya Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu bildirib.
Cavab məktubunda aksiyanın saat 16.00-dan 18.00-dək Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib.
T. Yaqublu bildirib ki, hazırda İP Koordinasiya Şurasının iclası keçirilir və BŞİH-in cavab məktubu müzakirə olunur.
Qeyd edək ki, İP-in BŞİH-ə etdiyi müraciətdə yürüş-mitinqin keçirilməsi üçün 3 marşrut təklif olunub. İP yürüş mitinq-keçirmək üçün Binəqədi rayonu 7-ci mikrorayonda İnqilab kinoteatrının qarşısından Süleyman Sani Axundov küçəsini keçməklə Dərnəgül metro stansiyasının qarşısınadək yürüş, sonra burada mitinq, “Sarı gəlin” şadlıq sarayının yaxınlığından Təbriz kinoteatrınadək yürüş, sonra burada mitinq, Əliyarbəyov küçəsindən Nərimanov parkınadək yürüş, sonra burada da mitinq keçirilməsi üçün bu yerlərdən birinin ayrılmasını istəyib.

Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
14:12
17 may 2024
Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
10:32
17 may 2024
Yaxın günlərdə Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcək
00:10
16 may 2024
Əfv Komissiyasının növbəti iclası keçirilib
17:32
15 may 2024