Bank Of Baku

Milli Məclisin növbəti iclası başlayıb

Milli Məclisin növbəti iclası başlayıb
# 20 aprel 2012 09:17 (UTC +04:00)
APA-nın məlumatına görə, MM spikeri Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda gündəlik təsdiqlənəndən dən sonra cari məsələlərin müzakirəsi başlayıb. MMi-in bugünkü iclasının gündəliyinə ümumilikdə 23 məsələ daxil edilib. Məsələlərin böyük əksəriyyəti müxtəlif qanunlara əlavə və dəyişikliklər edilməsi layihələridir.

“İnformasiya əldə etmək haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Su təchizatı və tullantı suları haqqında” qanunlara, həmçinin Mülki Prosessual Məcəlləyə, Meşə Məcəlləsinə, Torpaq Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Mənzil Məcəlləsinə və s. qanunvericilik aktlarına əlavə və dəyişikliklər təklif olunur.

İclasda “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin müzakirəsi də gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR