Bank Of Baku

BAXCP 24 aprel tarixini Xilaskar Türk Əsgərinin Anım Günü kimi qeyd edəcək

BAXCP 24 aprel tarixini Xilaskar Türk Əsgərinin Anım Günü kimi qeyd edəcək
# 23 aprel 2012 16:47 (UTC +04:00)
Bakı-APA. Hər il olduğu kimi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) 24 aprel tarixini Xilaskar Türk Əsgərinin anım günü kimi qeyd edəcək. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sabah saat 11:00-da partiyanın rəhbərliyinə daxil olan şəxslər Qafqaz İslam Ordusunun tərkibində Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canlarını fəda edən türk əsgər və zabitlərinin şərəfinə ucaldılmış abidəni, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın məzarlarını ziyarət edəcəklər.

Xatırladaq ki, BAXCP 2005-ci ildən etibarən 24 aprel tarixini Xilaskar Türk Əsgərinin anım günü kimi qeyd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR