Bank Of Baku

BAXCP rəhbərliyi Şəhidlər Xiyabanındakı Türk Şəhidliyini ziyarət edib - FOTO

BAXCP rəhbərliyi Şəhidlər Xiyabanındakı Türk Şəhidliyini ziyarət edib - <font color=red>FOTO</font>
# 24 aprel 2012 10:55 (UTC +04:00)
Bakı – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyinə daxil olan şəxslər Xilaskar Türk Əsgərinin Anım Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər. BAXCP-dən APA-ya verilən məlumata görə, öncə Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qardaş türk əsgər və zabitlərinin şərəfinə ucaldılmış abidə kompleksi ziyarət olunub. Abidə kompleksinin qarşısına əklil qoyulub, şəhidlərin ruhlarına dualar oxunub.

Partiyanın İcra Aparatının, İdarə Heyətinin və Mərkəzi Həzarət-Təftiş Komissiyasının üzvləri qarşısında çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev türk əsgərinin heç vaxt soyqırım törətmədiyini, əksinə, soyqırıma məruz qalan xalqların müdafiəsində dayandığını bəyan edib: "Uzun illərdir ki, erməni diasporu, daha sonra isə Ermənistan Türkiyəyə və qardaş türk xalqına qarşı əsassız soyqırım ittihamlarıyla çıxış edir. Türkiyənin və türk dünyasının birliyini, bütövlüyünü və güclənməsini istəməyən qüvvələr isə ermənilərin saxta iddialarına dəstək verir, erməni yalanlarından öz mənafeləri və maraqları üçün yararlanmağa çalışırlar. Tarix erməni iddialarının əksini sübuta yetirir. Türk əsgərinin xilaskar obrazının sübutlarından biri də Qafqaz İslam Ordusunun şərəfinə ucaldılmış abidə və bu abidənin ucaldılmasına zəmin yaradan gerçək tarixdir. Biz bu gün növbəti dəfə gerçək tarixdən qaynaqlanan bir mərasimi, anım gününü qeyd edirik. Dünyanı erməni yalanlarına uymamağa, tarixi həqiqətlərin üzərinə kölgə salınmasına imkan verməməyə, haqqın, ədalətin keşiyində dayanmağa çağırırıq.
İnanırıq ki, vaxt gələcək 24 aprel tarixini Xilaskar Türk Əsgərinin Anım Günü kimi qeyd edən insanların sıraları daha da genişlənəcək".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR