Bank Of Baku

Azərbaycanın hakim partiyası diplomatik korpus nümayəndələrinin İctimai Palata üzvləri ilə görüşünə münasibət bildirib

Azərbaycanın hakim partiyası diplomatik korpus nümayəndələrinin İctimai Palata üzvləri ilə görüşünə münasibət bildirib
# 24 aprel 2012 16:58 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycandakı diplomatik korpus nümayəndələrinin İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvləri ilə görüşünə münasibət bildirərkən deyib.

O, həmin görüşə təbii baxdığını bildirib: “Çünki ölkəmizdə akkreditasiyadan keçiblərsə, Azərbaycanın bölgələrində də görüşlər keçirə, ayrı-ayrı təbəqələrin nümayəndələri ilə də görüşə bilərlər. Bu, onların iş rejimidir, iş prosesidir. Təəssüf doğuran hal odur ki, müəyyən ölkələrin səfirlikləri neçə illərdir, ölkəmizdə akkreditasiyadan keçmələrinə baxmayaraq, bu günə qədər Azərbaycan köçkünləri, şəhid ailələri, Ermənistandan didərgin düşmüş 200 mindən artıq azərbaycanlı ilə, genosidə məruz qalmış Xocalı sakinləri ilə görüş keçirməyiblər. Nədənsə həmin səfirliklərin yadına düşmür ki, bu insanlar 20 ildir, bütün hüquqlarından məhrum olunublar. Bu baxımdan, hesab edirəm ki, görüş keçirirlərsə, o təbəqələri də yaddan çıxarmasınlar”.

Qeyd edək ki, bu gün Müsavat Partiyasının qərargahında keçirilən görüşdə Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Konstantinos Yerekostopulos, Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle , ABŞ, Norveç, Latviya, Polşa, Yunanıstan, Türkiyə, Böyük Britaniya və digər ölkələrin səfirliklərinin nümayəndələri iştirak edib. İP KŞ üzvlərindən isə görüşə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, İlqar İbrahimoğlu, Leyla Əliyeva, Zəfər Quliyev, Pənah Hüseyn və Köçəri Nağıbəyli qatılıb. İki saat davam edən görüşdə ölkədəki və regiondakı vəziyyət, Azərbaycanla Avropa arasında münasibətlər, 2011-ci ilin 2 aprel aksiyası ilə bağlı həbs edilən şəxslər, həbsdə olan jurnalistlər, “Kür Vətəndaş Cəmiyyəti” Qərargahının koordinatoru Oqtay Gülalıyevin həbsi, jurnalist İdrak Abbasovun döyülməsi və s. məsələlər barədə müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR