Bank Of Baku

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı dəyirmi masa keçirilib - FOTOSESSİYA

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı dəyirmi masa keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 25 aprel 2012 10:32 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyası (YAP) Gənlər Birliyinin təşkilatçılığı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, YAP GB-nin sədri Seymur Orucov bildirib ki, gənclərin informasiya-kommunikasiya, sosial sahələrlə bağlı təklifləri müzakirə edilib layihə şəklinə salınacaq.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclərin müxtəlif dövlət proqramlarının hazırlanmasında iştirak etməsidir. Nazir müavini Azərbaycan gənclərinin potensialının üzə çıxarılması, ölkə daxilində və beynəlxalq səviyyədə onlara geniş yer verilməsinin vacibliyini vurğulayıb. İ. Babayev qeyd edib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərlə bağlı konkret məsələlər öz yerini tapacaq.

Tədbirdə YAP üzvü olan deputatlar, gənclər mövzu ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR