Bank Of Baku

Sabir Rüstəmxanlı: “DAK-ın qurultayı ilə bağlı deyilənlərin, yazılanların heç bir əsası yoxdur” - FOTO

Sabir Rüstəmxanlı: “DAK-ın qurultayı ilə bağlı deyilənlərin, yazılanların heç bir əsası yoxdur” - <font color=red>FOTO</font>
# 26 aprel 2012 12:14 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi qurumun XII qurultayı ilə əlaqədar Bakıda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə DAK-ın həmsədri Sabir Rüstəmxanlı, onun müavinləri Vaqif Arzumanlı, Xəzər Emin, DAK İdarə Heyətinin üzvləri Zəlimxan Məmmədli və İsmayıl Ağayev iştirak edib. DAK-ın Məşvərət Məclisinin yeni sədri, ABŞ-da mühacirət həyatı yaşayan Mahmudəli Çöhrəqanlı isə tədbirə “Skype” vasitəsilə qatılıb.

S. Rüstəmxanlı DAK-ın XII qurultayının uğurlu keçdiyini söyləyib: “Bəzi gözü götürməyənlər yazır ki, guya Sabir Rüstəmxanlı başına beş-altı qohumunu yığıb gedib xəlvətdə qurultay keçirib. Amma təbii ki, belə deyil. Birincisi, qurultay 150-yə yaxın nümayəndənin iştirakı ilə keçirildi. İkincisi, Ukraynanın Donetsk şəhəri 2 milyondan çox əhalisi olan iri bir sənaye şəhəridir. Yəni deyilənlərin, yazılanların heç bir əsası yoxdur”.

S. Rüstəmxanlı mətbuat nümayəndələrini DAK İdarə Heyətinin yeni tərkibi ilə tanış edib. O əlavə edib ki, bu, ən mötəbər İdarə Heyəti sayıla bilər.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri və DAK-ın Məşvərət Məclisinin sədri Mahmudəli Çöhrəqanlı “Skype” vasitəsilə isə bildirib ki, Azərbaycan, xüsusilə də Bakı və Gəncə şəhərləri üçün darıxır: “Ümid edirəm ki, yaxın həftələrdə Azərbaycana gələ biləcəyəm”.

M. Çöhrəqanlı Azərbaycan mətbuatına müraciət edərək Güney Azərbaycanda azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı məsələlərə diqqətin artırılmasının vacibliyini vurğulayıb. M. Çöhrəqanlı deyib ki, İran tərəfi öz niyyətlərini həyata keçirmək üçün Azərbaycana həm casus, həm də pul göndərir.

Mətbuat konfransında DAK-ın rəhbərliyinə daxil olan digər şəxslər də fikirlərini açıqlayıblar.

Qeyd edək ki, DAK-ın XII qurultayı aprelin 21-23-də Ukraynanın Donetsk şəhərində keçirilib. Sabir Rüstəmxanlı və Firudin Pərvizniya növbəti dəfə DAK həmsədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR