Bank Of Baku

Milli Məclisin vitse-spikeri də daxil olmaqla YAP Qadınlar Şurasının üzvləri cəbhə xəttinə gedib

Milli Məclisin vitse-spikeri də daxil olmaqla YAP Qadınlar Şurasının üzvləri cəbhə xəttinə gedib
# 26 aprel 2012 15:20 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının üzvləri Beyləqan və Füzuli istiqamətində cəbhə xəttində N saylı hərbi hissədə olub, əsgər və zabit heyəti ilə görüş keçiriblər. APA-nın YAP-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə təşkil edilib. Görüşdə YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova, parlamentin İnsan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova və partiyanın bir qrup fəal qadınları iştirak ediblər.

Hərbçilər qarşısında çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanın güclü orduya sahib olduğunu bildirib. O silahlı qüvvələrimizin torpaqlarımızı hər an işğaldan azad etməyə qadir olduğuna inandığını deyib.

Təmas xəttində əsgərlərlə nahar edən YAP Qadınlar Şurasının üzvləri hərbçilərə hədiyyələr təqdim ediblər. YAP Qadınlar Şurasının üzvləri həmçinin, işğal olunmuş Azərbaycan əraziləri istiqamətindəki müşahidə məntəqələrinə baş çəkib, əsgərlərin xidmət şəraiti ilə yaxından tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR