Bank Of Baku

İctimai Palata yürüş-mitinq üçün şəhər rəhbərliyinə 3 marşrut təklif edəcək

İctimai Palata yürüş-mitinq üçün şəhər rəhbərliyinə 3 marşrut təklif edəcək
# 27 aprel 2012 15:40 (UTC +04:00)
İP KŞ üzvü Rafiq Manaflının APA-ya verdiyi məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, 2 aprel 2011-ci il tarixdə palatanın aksiyası zamanı həbs olunmuş şəxslərin durumu və digər məsələlər müzakirə olunub.
Mayın 6-na təyin olunan yürüş-mitinq də müzakirə edilib və qərar verilib. Qərara əsasən mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət olunacaq və 3 yer təklif ediləcək: Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində keçmiş “İnqilab” kinoteatrının qarşısından başlayaraq Süleyman Sani Axundov küçəsindən keçməklə metronun “Dərnəgül” stansiyasının dəmiryoluna tərəf olan çıxışınadək yürüş, orada mitinq; Nizami rayonunun 8-ci kilometr qəsəbəsində - Azər Manafov küçəsinin əvvəlindən başlayaraq “Təbriz” kinoteatrının qarşısındakı meydanadək yürüş və həmin meydanda mitinq; Nərimanov rayonunun Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə “Nərimanov” parkınadək yürüş və orada mitinq.
“BŞİH aksiyanın Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirməyi təklif edərsə, bu, qəbul olunacaqmı?” sualına R. Manaflı belə cavab verib: “Bu barədə heç nə deyə bilmərəm. Bu və digər suallara aprelin 30-da İP rəhbərliyinin Müsavat Partiyasının qərargahında keçirəcəyi mətbuat konfransında aydınlıq gətiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR