Bank Of Baku

“İRƏLİ” İctimai Birliyinin “Siyasi Akademiya” layihəsinin iştirakçıları millət vəkili Musa Qasımlı ilə görüşüb - FOTO

“İRƏLİ” İctimai Birliyinin “Siyasi Akademiya” layihəsinin iştirakçıları millət vəkili Musa Qasımlı ilə görüşüb - <font color=red>FOTO</font>
# 28 aprel 2012 15:51 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” İctimai Birliyinin “Siyasi Akademiya” layihəsi çərçivəsində Strateji Araşdırmalar Mərkəzində (SAM) “1918-ci ildə Azərbaycan Demokratik Respublikasının xarici siyasəti” mövzusunda görüş keçirilib. “İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Nəzakət Əliyevanaın APA-ya verdiyi məlumata görə, görüşün qonağı Milli Məclisinin deputatı, professor Musa Qasımlı olub. Görüşdə “Siyasi Akademiya” layihəsinin iştirakçıları, müxtəlif universitetlərdə təhsil alan gənclər iştirak edib.

Millət vəkili Musa Qasımlı görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, haqqında ətraflı məlumat verib. Daha sonra M. Qasımlı o dövrdə baş verən tarixi proseslərdən bəhs edib, xarici ölkələrin Azərbaycanda olan maraqları prizmasında Azərbaycan hakimiyyətinin xarici siyasətini analiz edib.

Daha sonra tədbir diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar millət vəkili tərəfindən cavablandırılıb.

Qeyd edək ki, layihənin əsas məqsədi gəncləri beynəlxalq və yerli siyasi təcrübə, Azərbaycanın yerli və regional siyasəti ilə yaxından tanış etmək, maarifləndirmək, onların siyasi aktivliyinin artırılmasına nail olmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR