Bank Of Baku

İsa Qəmbər: “İctimai Palata normal şərait yaradılması şərti ilə aksiyaları hələlik Bibiheybətdə keçirməyə razıdır”

İsa Qəmbər: “İctimai Palata normal şərait yaradılması şərti ilə aksiyaları hələlik Bibiheybətdə keçirməyə razıdır”
# 30 aprel 2012 10:09 (UTC +04:00)
APA-nın xəbərinə görə, konfrans ölkədəki ictimai-siyasi vəziyyət və İP-in mayın 6-na təyin etdiyi aksiyaya həsr olunub. Tədbirdən əvvəl Bakıda nəqliyyat problemlərinə həsr olunan video-çarx nümayiş olunub.

Sonra İP KŞ üzvü, Müsavat başqanı İsa Qəmbər mayın 6-na təyin olunan aksiya ilə bağlı müraciətin bu gün Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunacağını deyib.

İ. Qəmbər bildirib ki, İP aksiyaların davam etdirilməsində israrlıdır. Onun sözlərinə görə, mitinqin yeri qaneedici olmasa da, İP hələ ki, orada normal şərait yaradılması şərti ilə aksiya keçirməyə razıdır.

Müsavat başqanı deyib ki, bununla belə, İP-in mitinqlə bağlı təklifləri nəzərə alınmasa, İP KŞ-nin mayın 5-də keçirəcəyi toplantıda taktiki dəyişikliklərin olunması barədə müvafiq qərarlar qəbul olunacaq.

Daha sonra tədbirdə İP KŞ adından hökumət nümayəndələri və beynəlxalq təşkilatların nümayəndələri ilə danışıqlar aparmaq üçün qrup yaradılıb. Qrupa KŞ üzvlərindən Mehriban Vəzir, Qələndər Muxtarlı və Vidadi Mirkamal daxildir.

Qrup ilk görüşünü yaxın günlərdə ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqayla keçirəcək.

Qeyd edək ki, İP aprelin 8 və 22-də Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada mitinq keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR