Bank Of Baku

İctimai Palata mitinq taktikasında dəyişiklik edə biləcəyini bəyan edib

İctimai Palata mitinq taktikasında dəyişiklik edə biləcəyini bəyan edib
# 30 aprel 2012 14:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İctimai Palata (İP) Koordinasiya Şurasının (KŞ) üzvləri bu gün mətbuat konfransı keçiriblər. APA-nın xəbərinə görə, konfrans ölkədəki ictimai-siyasi vəziyyət və İP-in mayın 6-na təyin etdiyi aksiyaya həsr olunub.

İ. Qəmbər bildirib ki, İP aksiyaların davam etdirilməsində israrlı olduğunu bildirib.

İ. Qəmbər hakimiyyəti həbsdə olan müxalifətçiləri azad etməyə çağırıb. O bildirib ki, bu istəklərini “ultimatum və ya şərt kimi” səsləndirmirlər: “Eyni zamanda aydın məsələdir ki, silahdaşlarımız həbsdə olacağı təqdirdə kütləvi tədbirlərimiz bütün gücü, rəngarəngliliyi ilə davam edəcək”.

İ. Qəmbər deyib ki, “istəklərinə düzgün reaksiya verilməsə”, mayın 6-da mitinqi Səbail rayonundakı 20-ci sahə ərazisində keçirməyi düşünmürlər: “Şəhərin mərkəzindəki məkanların birində və paytaxt meriyasının qarşısında piket keçirə bilərik”.

İP KŞ üzvü Vidadi Mirkamal isə hakimiyyətlə danışıqlara hazır olduqlarını bildirib: “Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov hökumətin müxalifətlə danışıqlara hazır olduğunu deyirdi, biz də danışıqlara hazırıq”. O bildirib ki, hökumət qurumları ilə mütəmadi danışıqlar aparılması üçün İP-in yaratdığı qrup bu həftə müvafiq qurumlarla danışıqlar aparacaq.

AXCP sədri Əli Kərimli isə mitinq taktikasında dəyişiklik edə biləcəklərini söyləyib.

Qeyd edək ki, İP aprelin 8 və 22-də Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada mitinq keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR