Bank Of Baku

Fazil Mustafa AXCP-ni və “Azadlıq” qəzetini sərt tənqid edib

Fazil Mustafa AXCP-ni və “Azadlıq” qəzetini sərt tənqid edib
# 01 may 2012 12:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisinin bugünkü iclasında Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa AXCP-ni və “Azadlıq” qəzetini sərt tənqid edib.

O deyib ki, “Azadlıq” dövlətin pulunu haram sayır, amma dövlətin pulunu yeyir: “Onda KİVDF-nin pulundan imtina edin də… Prezidenti tənqid edirsiniz edin, amma saat məsələsində üzr istəmək ortaya çıxanda niyə dediniz ki, bu yazı Vəfa Cəfərovanın bloqundan götürülüb? Niyə qadının üstünə göndərirsiniz hakimiyyəti? Məni bir yazıma iyirmi cavab yazırlar. Bu mədəniyyəti, bu əxlaqı haradan almısınız? Üzr istəmək kimi elementar mədəniyyətə malik deyillər. Belə qorxaqsınızsa, daha niyə yazırdınız ki, prezidentin saat 800 min manatdır? Deyirlər ki, guya Siyavuş Novruzovla mənim fikirlərim üst-üstə düşür. Əslində, mən Siyavuş Novruzovun əksər fikirləri ilə razılaşmıram. Amma Siyavuş Novruzovun öz liderinə göstərdiyi hörmətin zərrə qədərini Əbülfəz Elçibəyə göstərməmisiniz. İndi də çəkdiyiniz əziyyət bunun bədəlidir, ödəyirsiniz. Hələ çox ödəyəcəksiniz”.

F. Mustafa “Azadlıq” qəzetinin bəzi köşə yazarlarını “səviyyəsiz” adlandıraraq tənqid edib. O, “Azadlıq” qəzetinin bəzi yazarlarının psixi problemləri olduğunu da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR