Bank Of Baku

Vətəndaş Həmrəyliyi Partiyasının funksionerləri arasında ciddi mübahisə düşüb

Vətəndaş Həmrəyliyi Partiyasının funksionerləri arasında ciddi mübahisə düşüb
# 02 may 2012 15:32 (UTC +04:00)
APA-nın məlumatına görə, mübahisəyə səbəb S. Əsədlinin “facebook” sosial şəbəkəsində F. İbrahimli haqqında yazdığı status olub. Belə ki, o, F. İbrahimlinin Milli Məclisdəki (MM) çıxışını özündə əks etdirən yazının linkini paylaşıb. F. İbrahimlinin həmin çıxışı AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin Azərbaycana qarşı tutduğu mövqe ilə bağlı olub. F. İbrahimlinin sözlərinə görə, Almaniyadakı bəzi qüvvələrin Azərbaycana qarşı apardığı kampaniyanın arxasında erməni lobbisi durur.

S. Əsədli isə öz “facebook” sosial şəbəkəsində Almaniya tərəfdən Azərbaycanla bağlı bəyanatların arxasında erməni lobbisinin durmadığını yazaraq bu fikri söyləyən F. İbrahimlini tənqid edib. O əlavə edib ki. F. İbrahimlinin dedikləri VHP-nin mövqeyini əks etdirmir.

VHP sədrinin müavini, deputat Fəzail İbrahimli isə APA-ya açıqlamasında partiyada Samir adlı şəxsi tanımadığını deyib: “Mən neçə illərdir VHP-dəyəm, orda elə adamı tanımıram. İndi kimsə mənim haqqımda bir düşüncə yazacaq. Mən də ona cavab verəcəyəm? Tanımıram onu”.

APA-nın əldə etdiyi məlumata görə isə S. Əsədlinin “facebook” sosial şəbəkəsində F. İbrahimli haqqında yazdığı statusdan sonra bu barədə məlumat deputata çatıb. F. İbrahimli bundan əsəbiləşərək S. Əsədliyə telefon açıb. Tərəflər arasında ciddi mübahisə düşüb.

S. Əsədli isə hələlik bu barədə açıqlama vermək istəməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR