Bank Of Baku

İctimai Palata Koordinasiya Şurasının növbəti iclası keçirilib

İctimai Palata Koordinasiya Şurasının növbəti iclası keçirilib
# 02 may 2012 15:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) növbəti iclası keçirilib.

İP katibi Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, iclasda Koordinasiya Şurasının Ziyalılar Forumu ilə birgə keçirməyi planlaşdırdığı müşavirə müzakirə olunub və işçi qrupun hesabatı açıqlanıb. İclasda İP-in mayın 6-na təyin etdiyi yürüş-mitinqə hazırlıq da müzakirə mövzusu olub.

Toplantıda mayın 5-də İctimai Palatanın sessiyasının çağırılması haqqında da qərar qəbul olunub.

G. Aslanlı qeyd edib ki, yaranmış vəziyyətin sessiyada müzakirə ediləcək və son qərar veriləcək. O, mitinqin paytaxtın müxtəlif yerlərində piketlə əvəzlənəcəyi barədə qərar veriləcəyini də istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR