Bank Of Baku

Əli Əhmədov: “Müxalifətin keçirdiyi mitinqə az sayda adam gəlirsə, bunda Azərbaycan hökumətinin bir günahı yoxdur”

Əli Əhmədov: “Müxalifətin keçirdiyi mitinqə az sayda adam gəlirsə, bunda Azərbaycan hökumətinin bir günahı yoxdur”
# 03 may 2012 08:26 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov deyib. O bildirib ki, mitinqlərin harada keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin qəbul etdiyi qərar var: “Hesab edirəm ki, mərkəzdə mitinq keçirmək söhbəti ilə əslində mitinqlərinin uğursuzluğa düçar olduğunu gizlətməyə çalışırlar. Mitinqin harada keçirilməsi yox, onun insanlar tərəfindən nə qədər dəstəklənməsi əhəmiyyətlidir. Azərbaycan müxalifətinin 35-40 təşkilatı mitinq təşkil edir. Orada 1000-1500 nəfər yığılır. Təsəvvür edin ki, hər təşkilatdan 30-40 nəfər gedir. Elə hər təşkilat təmsilçilərinin ailə üzvləri yığılanda 2000 nəfər yığılmış olur. Bu isə o deməkdir ki, Azərbaycan cəmiyyəti müxalifətin təşkil etdiyi mitinqdə iştirak etmək istəmir. Yəni onların ictimai dəstəyi, sosial bazası yoxdur. Onların mərkəzi yer istəməklə bağlı bəyanatlarını keçirdikləri mitinqlərin iflasa uğradığının üstünün örtülməsi kimi qiymətləndirirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR