Bank Of Baku

Əli Əhmədov: “Azərbaycan torpaqlarının işğalı uzun müddət davam edə bilməz”

Əli Əhmədov: “Azərbaycan torpaqlarının işğalı uzun müddət davam edə bilməz”
# 03 may 2012 08:58 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Azərbaycan torpaqlarının işğalı ilə bağlı ədalətsizlik uzun müddət davam edə bilməz. Erməni tərəfi Azərbaycan torpaqlarını işğal edib. Bu təcavüz 20 ildən artıqdır davam edir. Dünya ictimaiyyəti bu həqiqəti dərk edir. Ermənistan prezidentinin hansı bəyanatlar verməsindən asılı olmayaraq, dünya ictimaiyyəti və beynəlxalq hüquq Azərbaycan torpaqlarının azad edilməsini bir şərt olaraq Ermənistanın qarşısında qoyub. Heç kim Ermənistandan və onların hakimiyyətdə olan insanlarından xahiş etməmişdi ki, qan töküb Azərbaycan torpaqlarını işğal etsinlər”. APA-nın xəbərinə görə, bunu YAP-ın icra katibi Əli Əhmədov Ermənistan prezidentinin “biz qan töküb aldığımız torpaqları geri qaytarmayacağıq” bəyanatına münasibət bildirərkən deyib. O bildirib ki, Ermənistan tərəfi başqa dövlətin ərazisini işğal etməkdən ötrü öz insanlarının qanını töküb: “Öz xalqları qarşısında, qanlarını tökdükləri insanların valideynləri, yaxınları qarşısında necə cavab verəcəklər, bu, onların öz işidir. Amma onlar Azərbaycanın torpaqlarını bütün dünyanın tələb etdiyi kimi, azad etməlidirlər, buna borcludurlar. Bunu etməsələr, Azərbaycanın gücü, xalqımızın iradəsi kifayətdir ki, biz öz torpaqlarımızı azad edək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR