Bank Of Baku

Şahlar Əsgərov “vurulması” barədə məlumatlara münasibət bildirib

Şahlar Əsgərov “vurulması” barədə məlumatlara münasibət bildirib
# 03 may 2012 12:23 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Gördüyünüz kimi, Yeni Azərbaycan Partiyasının tədbirindəyəm. Məni indiyədək bu partiyanın tədbirlərində görmüsünüz, bundan sonra da görəcəksiniz”. Bunu mayın 3-də YAP-ın tədbirinə qatılmış hakim partiyanın Siyasi Şurasının üzvü Şahlar Əsgərov APA-ya açıqlamasında mətbuatda “vurulması” barədə gedən məlumatlara münasibət bildirərkən deyib. O, yazılanların doğru olmadığını bildirib.

Ş. Əsgərov oğlu Anar Əsgərovun Prezident Administrasiyasında vəzifəsindən azad edilməsinə də toxunub: “Oğlum artıq başqa işlə təmin olunub, bəlkə əvvəlkindən də yüksək vəzifədədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR