“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi Milli Məclisə tövsiyə olunub
APA-nın xəbərinə görə, iclasda ATƏT-in Bakı Ofisinin də nümayəndələri, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri iştirak edib.
MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı ATƏT-in Bakı Ofisi ilə əməkdaşlıq edildiyini, sonda layihənin dünya standartlarına uyğunlaşdırıldığını bildirib.
Layihə barədə Komitənin üzvü Çingiz Qənizadə məlumat verib. O bildirib ki, 4 fəsil və 50 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının həyata keçirilməsi və təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Layihədə nəzərdə tutulub ki, saxlanılan şəxs saxlanılacağı yerə gələrkən dərhal ailə üzvləri və yaxınlarına telefonla məlumat verə bilər. Belə ki, layihədə bununla bağlı saxlanma yerləri rəhbərlərinin üzərinə vəzifə qoyulur. Həmçinin, saxlanılan şəxslərin hər gün bağlama ala bilməsi qanuniləşdirilir. Saxlanılan şəxslərin həkim müayinəsindən keçməsi və bu prosesin aktlaşdırılması qanuniləşdiriləcək.
Qanuna əsasən, saxlanma haqqında məhkəmə qərarı varsa və əgər bu qərarın son günü yeni bir qərar daxil olmayıbsa, şəxs dərhal azad olunmalıdır. Şəxs azad olunmursa, ortada cinayət məsuliyyəti yaranır, yəni saxlanma yerinin rəhbəri məsuliyyətə cəlb edilir.
Yeni qanunla əvvəlkindən fərqli olaraq saxlanılan və ya həbs olunan şəxs nəinki onun hüquqlarını müdafiə edən şəxslə, habelə ailə üzvləri və digər yaxınları ilə də görüşmək imkanı qazanacaq.
Həmçinin, saxlanılan və ya həbs olunan şəxsin həbs yerinin kitabxanasından istifadə üçün ədəbiyyat, qəzet və jurnal götürmək və ya şəxsi hesablarında olan vəsaiti hesabına həbs yerinin müdiriyyətinin vasitəsilə ticarət şəbəkəsindən yazı ləvazimatları, ədəbiyyat, qəzet və ya jurnal əldə etmək, dini ayinləri yerinə yetirmək, dini ləvazimatlardan və ədəbiyyatlardan istifadə etmək, bağlama, sovqat və banderol almaq; mülki hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətlərindən istifadə etmək, etik davranışa uyğun rəftar olunmaq, həbs yerinin müdiriyyəti tərəfindən qəbul edilmək hüququ var.
Qanun layihəsi üçüncü oxunuş üçün Milli Məclisin plenar sessiyasına tövsiyə olunub.
Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Xəbər Lenti
Amazon, Microsoft, Alphabet və Meta-nın milyardlıq AI planları açıqlanıb
Bəhreyn İranın raket və pilotsuz aparat hücumlarının qarşısının alındığını açıqlayıb
Qətərdə gəmilərin dənizə çıxışı müvəqqəti qadağan edilib
Belqorodda avtomobildə partlayış olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
ABŞ və İran arasında hərbi qarşıdurma daha da dərinləşib, tərəflər qarşılıqlı zərbələr endirir
Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
İran Hörmüz boğazının yenidən bağlandığını bəyan edib
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Bu gün saat 15:00-da qəbul imtahanının düzgün cavabları təqdim olunacaq
Bu gün keçirilən imtahanlarda 12 nəfərdə telefon aşkarlanıb və imtahandan kənarlaşdırılıb
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
Ukrayna hava hücumundan müdafiə sistemləri ballistik raketlərin 92%-ni hədəfə ala bilmir
Azərbaycanın güləşçisi U-20 Avropa çempionatında qızıl medal qazanıb
Yol Polisi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Azərbaycanın bəzi rayonlarında dolu düşəcək - PROQNOZ
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib - YENİLƏNİB
Güclü leysan Gürcüstanın Telavi şəhəri su altında qoyub - VİDEO
İsrail niyə erməni soyqırımının tanınması təşəbbüsünü dayandırdı?
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib - FOTO - VİDEO
Marko Rubio Venesuelanı uzaqdan idarə edir
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir - FOTOLENT - YENİLƏNİB
Bəqayi Əraqçinin Omana səfərinin detalları barədə danışıb
Qətərin keçmiş əmiri vəfat edib
SEPAH: Hörmüz boğazında qayda pozan ikinci gəmi vurulub
Pakistanın xarici işlər naziri Əraqçi ilə telefon danışığı edib, İran və ABŞ-ı gərginliyi azaltmağa çağırıb
ABŞ senatoru Lindsi Qrem vəfat edib
Konqoda daha bir ABŞ vətəndaşında Ebola virusu aşkarlanıb
DÇ-26: Argentina İsveçrə qarşılaşmasından sonra Xulian Alvares oyunun ən yaxşısı adına layiq görülüb
Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə hücum edib, ölənlər var
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
ABŞ-ın hücumuna cavab olaraq, İran körfəz ölkələrinə raket və PUA hücumları edib - YENİLƏNİB
Kanadada festival zamanı silahlı insident olub, 2 nəfər ölüb, yaralılar var
Finlandiya Rusiyadan dəmir yolu keçid məntəqələrinin bağlanması ilə bağlı bildiriş alıb
Futbol üzrə dünya çempionatının yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşib
UFC 329: Maks Hollouey Konor Makqreqoru texniki nokautla məğlub edib
CENTCOM: İrana qarşı bu həftənin üçüncü hava zərbələri başa çatıb, 140 hərbi obyektə zərbə endirilib
DÇ-2026: Argentina yarımfinala yüksəlib
NYT: "Helsing" şirkəti Almaniyanın cənubundakı məxfi zavodda PUA istehsal edir
Hacıqabulda sərnişin avtobusu aşıb, 30-dan çox yaralı var - FOTO - YENİLƏNİB
Fitso: NATO sammitində Rusiya ilə dialoqa maraq nümayiş etdirilib
KİV: Kiyevin HHM sistemləri Rusiyanın yeni zərbələrinin qarşısını almaqda çətinlik çəkir
Polşa XİN: Paris və Varşava “nüvə çətiri” layihəsi üzrə məsləhətləşmələrə başlayıb
DÇ-2026: İngiltərə yarımfina yüksəlib
SEPAH: Hörmüz boğazı növbəti göstərişədək bağlanıb
KİV: Avropa Hörmüz boğazından keçid üçün könüllü rüsum ödəməyə razılıq verə bilər
Kuba Prezidenti: Təhlükə Havana deyil, Vaşinqtondur
ABŞ hərbçiləri Beyrutda Livan ordusunun “pilot zonalar”da yerləşdirilməsi planını müzakirə edir
Oman Hörmüz boğazında gəmilərin iki marşrut üzrə hərəkətini təklif edib
Tovuzda yaşayış evində baş verən yanğın söndürülüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB