Bank Of Baku

AMİP rəhbərliyi Brüsselə səfər edəcək

AMİP rəhbərliyi Brüsselə səfər edəcək
# 04 may 2012 11:25 (UTC +04:00)
Bakı-APA. Gələn həftə AMİP rəhbərliyi Brüsselə işgüzar səfərə gedəcək. Partiyadan APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə AMİP sədri Yusif Bağırzadə, baş katib Arzuxan Əlizadə və partiyanın beynəlxalq əlaqələr katibi Elşən Mustafayev daxildir. Səfər müddətində AMİP rəhbərliyi Avropa Parlamentində, Avropa Komissiyasında, Avropa Xalq Partiyasının Baş ofisində bir sıra mühüm görüşlər kecirəcək. Səfər çərçivəsində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və genişləndirmə üzrə komissarı Ştefan Füle, Avropa Xalq Partiyasının vitse prezidenti, Avropa Parlamentinin üzvü xanım Korien Vortman-Kool (Niderland), Avropa Xalq Partiyasının baş katibi Antonio Lopez İsturiz, AXP-nin Avropa Parlamentindəki beynəlxalq əlaqələr xidmətinin rəhbəri xanım Johanna Jareska Gomez, Avropa Birliyi-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsi nümayəndə heyətinin və AVRONEST Parlament Assambleyasının üzvü cənab Tadeuz Zviefka (Polşa), Avropa Parlamentinin Xarici Əlaqələr komitəsinin izvü xanım Anna İbrisaqiç (İsveç), Avropa Parlamentinin uzvü xanım Radvile Morkunaite-Mikulenlile (Litva), Avropa Parlamentinin uzvü, AVRONEST Parlament Assambleyasının syasi komitəsinin sədri cənab Gunnar Hokmark (İsveç) və digər rəsmilərlə görüşlər planlaşdırılır.

AMİP rəhbərliyi Brüsseldə olduğu müddətdə həmçinin Avropa Komissayasının prezidenti Joze Manuel Barrozanın iştirakı ilə Avropa Xalq Partiyası (ing. EPP) tərəfindən təşkil olunacaq Avropa Gunu Bayram mərasiminə qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR