İctimai Palatanın rəhbərliyindəki şəxs: “Razılaşdırılmamış mitinq keçirməmək barədə qərara gəlmişik”
Qurum üzvlərinin bəziləri bildiriblər ki, Bibiheybət qəsəbəsində mitinq keçirməməklə bağlı bəyanatlardan sonra orda razılaşdırılmış aksiya keçirilməsinin müzakirə edilməsi doğru deyil.
İP rəhbərliyinə daxil olan şəxslərin azlıqda qalan hissəsi icazəsiz aksiya keçirməklə bağlı qərar verilməsinin zəruriliyi barədə fikir səsləndirsə də, əksəriyyət razılaşdırılmamış mitinqin keçirilməsinin əleyhinə olub. Onlar qarşıdurmaya getmək üçün əsas olmadığını bildiriblər: “Razılaşdırılmış aksiyalar biz gözlədiyimiz effekti vermədi. Partiya funksionerləri və fəallar aksiyaya qatılsa da, xalqdan gözlənilən kütləvilik olmadı. Kütləvilik artmadığı halda, mitinqlərin davam etdirilməsinin heç bir mənası yoxdur. Həm də Bayılda keçirilən aksiyada heç Səbail rayonunun əhalisi də xəbər tutmur”.
Mənbə qeyd edib ki, razılaşdırılmamış mitinqlərin keçirilməsi ilə bağlı təklif isə aksiya iştirakçılarının həbs təhlükəsi olduğu üçün müsbət qarşılanmayıb: “Biz hələ də
2011-ci ilin aprel ayında həbs olunmuş İP üzvlərinin azadlığa buraxılmasına nail ola bilməmişik. Düzdür, beynəlxalq təşkilatlar onların azadlığa buraxılmaları ilə bağlı tələblər səsləndiriblər, amma gördüyünüz kimi, indiyə qədər o şəxslərin azadlığa buraxılması mümkün olmayıb. İndiki halda onların və ailələrinin maddi ehtiyaclarının təmin edilməsi, hüquqi müdafiəsinin qurulması İP üçün çətinliklər yaradıb. Buna görə də qurum, öz üzvlərinin tutulması, həmçinin müxalifətdə pərakəndəliyin aradan qaldırılması məqsədilə hakimiyyətlə qarşıdurmalardan yayınmağa çalışacaq. Həm də bizim razılaşdırılmış aksiyada apardığımız müşahidələr icazəsiz mitinqdə iştirak faizinin çox aşağı olacağını göstərdi, belə vəziyyətdə iştirakçıların tezliklə dağıdılıb, saxlanılması daha rahat olur”.
Mənbə bildirib ki, buna görə də İP-nin hakimiyyətlə danışıqlar aparmaq üçün yaradılan İşçi qrupuna hökumət üzvlərinə müraciət edilmək tapşırılıb: “Biz çalışacağıq ki, BŞİH şəhərin mərkəzinə yaxın hissədə aksiya keçirilməsi üçün yer ayırsın. O yer ayrılana qədər isə mitinqlər olmayacaq. Meriya qarşısında kiçik piketlərin keçirilməsi isə istisna olunmur”.
Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri, İP Koordinasiya Şurasının üzvü Rafiq Manaflı APA-ya açıqlamasında qurumun mitinqlərlə bağlı mövqeyi haqqında danışıb: “Biz icazəsiz mitinqlərin keçirilməsi fikrindən tam daşınmasaq da, vəziyyəti gərginləşdirməmək, qarşıdurma yaratmamaq üçün razılaşdırılmış aksiyaların keçirilməsinə üstünlük verməyi qərara almışıq. Amma bu o demək deyil ki, biz, ümumiyyətlə, icazəsiz aksiyalara getməkdən imtina etmişik”.
R. Manaflı bildirib ki, İP Koordinasiya Şurasının sonuncu iclasında qurumun mayın 6-na təyin etdiyi mitinqlə bağlı fikir qətiləşib: “Bibiheybət qəsəbəsi, 20-ci sahədə mitinqin keçirilməsi ilə bağlı qəti qərarımız belədir ki, biz həmin qəsəbədəki Sürücülük Məktəbinin həyətindəki meydançada mitinq keçirməyəcəyik. Çünki orada mitinq təşkil edəndə ciddi maneələrlə üzləşdik”.
Qeyd edək ki, İP bu il iki dəfə Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada mitinq keçirib. Mayın 5-də isə İP-in sessiyası keçiriləcək və burada qurumun mitinqlə bağlı yekun mövqeyi açıqlanacaq.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Etilen-Polietilen Zavodunda gələn il əsaslı təmir aparılacaq
İstanbulda Azərbaycan məktəbinin açılışı gələn ilə təxirə salınıb
Türkiyə türk dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirmək niyyətindədir
FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Konstantinovkanın nəzarətə götürüldüyünü Putinə məruzə edən generalın ölümü rəsmən təsdiqlənib - YENİLƏNİB
Türk dövlətləri arasında ortaq ödəniş sistemi yaradıla bilər
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb
Kürşad Zorlu Türk dünyası İnkişaf Bankı ilə bağlı detalları açıqlayıb
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
Zelenski: Xaricdə olan 9 milyon ukraynalı ilə seçkiləri necə keçirmək olar?
Yanvar-avqust aylarında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Qəbələdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Vens: ABŞ Yaxın Şərq siyasətini İsrailə tabe edə bilməz
Türk dövlətləri üçün ortaq inkişaf bankı yaradıla bilər
“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova hökm oxunub
2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib
AK Partiyanın sədr müavini: Türk dövlətləri arasında rəqəmsal iqtisadi platforma yaradılmalıdır
Kürşad Zorlu: Orta Dəhliz iqtisadi inkişaf zolağına çevrilə bilər
Rusiya ordusu Kiyev–Nikolayev sərnişin qatarını vurub
Rusiya Ukraynada avtobusa dron zərbəsi endirib, 5 nəfər ölüb - FOTO
Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
SEPAH ABŞ-a məxsus 52-ci MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Messi Argentina millisində vida oyunu keçirəcək
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Mbappe keçmiş klubu PSJ-yə 60 min avro təzminat ödəyəcək
TDT-nin Baş katibi: Orta Dəhliz Asiya ilə Avropa arasında türk regionundan keçən strateji bağlantıdır
CBS İranın hücumlarından sonra ABŞ-ın hərbi obyektlərində dağıntıların görüntülərini yayıb - FOTO
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilir - FOTO
Fövqəladə Hallar Nazirliyi cəzaçəkmə müəssisəsində təlim keçirib - VİDEO
Bakıda maşın piyadanı vuraraq öldürüb
Azərbaycan neftinin qiyməti 128 dollar olub
Bu günün valyuta məzənnələri
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
Nyu-york birjasında təbii qazın dəyəri azalıb
“Brent” nefti ucuzlaşıb
Politico: Aİ vətəndaşlarının bir qismi Avropa Komissiyasına kimin rəhbərlik etdiyini bilmir
Hikmət Hacıyev Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının inkişafı ilə bağlı müzakirələri yüksək qiymətləndirib
“Bitcoin”in qiyməti 76 min dollardan aşağı enib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Neftin qiyməti 108 dollara enib
Qlobal fond bazarlarında eniş davam edib
Rusiyada ayı 66 yaşlı qadını yaşadığı evin həyətində parçalayıb
Los-Ancelesdə avtobus qəzasını çəkən televiziya helikopteri qəzaya uğrayıb, 2 nəfər ölüb
Çinin “OrienSpace” şirkəti dəniz platformasından 9 peyk orbitə çıxarıb
Zukerberq süni intellekt tərtibatçılarını öz modellərinin təhlükəsizliyinə görə məsuliyyət daşımağa çağırıb
Fransa müdafiə sənayesində 100 min yeni işçi cəlb etməyi planlaşdırır
Argentina Malvin adaları yaxınlığında neft hasilatına görə Britaniya və İsrail səfirlərini XİN-ə çağırıb