Bakıda «Azərbaycan 2020: inkişafın yeni hədəfləri» mövzusunda konfrans keçirilir - YENİLƏNİB - FOTOSESSİYA
Konfransa Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, dövlət və hökumət rəsmiləri, millət vəkilləri qatılıblar.
Tədbiri açan YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan qarşısına yeni hədəflər qoyub. Bu hədəflər dövlət başçısı tərəfindən vahid strategiya formasında müəyyənləşdirilib.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə çıxışında deyib ki, Azərbaycan xalqı sınaqlarla dolu, təlatümlü mərhələlərdən keçməli olub. Ötən əsrin 90-cı illərində yeni müstəqilliyini əldə etmiş Azərbaycanda baş verən siyasi böhran, Ermənistanın təcavüzü ölkədə ciddi problemlər yaradıb: «Mövcud hakimiyyət bu böhranı aradan qaldırmaq iqtidarında deyildi. Ölkə xaosun içində özbaşına buraxılmışdı. Azərbaycan unitar dövlət quruluşunu, müstəqilliyini itirmə təhlükəsi ilə üz üzə qalmışdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı məhz belə təlatümlü dövrə təsadüf edirdi».
H. Əliyevin hakimiyyətə gəlişi və onun fəaliyyəti barədə danışan R. Mehdiyev bildirib ki, Azərbaycanın suverenliyinin qorunub saxlanılması, uğurlu daxili və xarici siyasətin aparılması, ölkənin beynəlxalq səviyyədə tanıdılması ilə yanaşı, investisiyaların cəlbinə şərait yaradılıb: «Beynəlxalq güclərin regionda kəsişən maraqlarının uzlaşdırılması Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün oldu».
Azərbaycanın bir çox parametrlər üzrə inkişaf edən ölkəyə çevrildiyini deyən R. Mehdiyev əlavə edib ki, ötən 8 ildə ölkədə 40 mindən artıq müəssisə yaradılıb, 1 milyona yaxın iş yeri açılıb. Büdcə xərcləri 12 dəfə artıb, ölkə iqtisadiyyatına 80 mlrd. dollardan artıq investisiya yatırılıb. Dünyanın 149 ölkəsi ilə xarici ticarət dövriyyəsi 36,3 mlrd. dollar təşkil edib.
«Bu uğurun nəticəsi olaraq 2008-2009-cu illərin qlobal maliyyə böhranı Azərbaycandan yan keçib. Bu böhran dövründə Azərbaycan iqtisadiyyatı dayanıqlıq göstərib» deyən R. Mehdiyevin sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB-də birinci, dünyada 51-cidir.
R. Mehdiyev qeyd edib ki, Azərbaycan artıq dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanınır, enerji təhlükəsizliyi sahəsində aparıcı söz sahibinə çevrilib: «Bu gün sürətlə dəyişən, sürətli təzahürləri ilə qloballaşan dünyada son dərəcədə mürəkkəb proseslər baş verir. Bütün bunlar mili inkişaf üçün yeni konsepsiyanın yaradılmasını qarşıya qoyur. Azərbaycanın 2020-ci ilədək dövrü əhatə edəcək inkişaf konsepsiyası bu baxımdan mühüm sənəddir. Konsepsiyanın başlıca məqsədi dünyada baş verən maliyyə-iqtisadi böhran, qlobal dəyişikliklər fonunda Azərbaycanın mili maraqlarını qorumadır».
R. Mehdiyev deyib ki, Azərbaycanın 2020-ci il konsepsiyası üzərində iş gedir. Dövlət qurumları, vətəndaş cəmiyyəti prosesə cəlb olunub. Konsepsiyanın əhatə edəcəyi 8 ildə Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətinin artırılması nəzərdə tutulur. Azərbaycanın beynəlxalq siyasi səviyyədə fəaliyyətinin gücləndirilməsi, ərazi bütövlüyünün təmini, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-dövlət sektorunun inkişafı, iqtisadiyyatda təbii ehtiyatlar amilinin azaldılması, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, humanitar sahədə mədəniyyətin, idman və s. sahədə tədbirlərin həyata keçirilməsi konsepsiyada əksini tapacaq.
Konfrans işini bölmələrdə davam etdirib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Etilen-Polietilen Zavodunda gələn il əsaslı təmir aparılacaq
İstanbulda Azərbaycan məktəbinin açılışı gələn ilə təxirə salınıb
Türkiyə türk dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirmək niyyətindədir
FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Konstantinovkanın nəzarətə götürüldüyünü Putinə məruzə edən generalın ölümü rəsmən təsdiqlənib - YENİLƏNİB
Türk dövlətləri arasında ortaq ödəniş sistemi yaradıla bilər
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb
Kürşad Zorlu Türk dünyası İnkişaf Bankı ilə bağlı detalları açıqlayıb
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
Zelenski: Xaricdə olan 9 milyon ukraynalı ilə seçkiləri necə keçirmək olar?
Yanvar-avqust aylarında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Qəbələdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Vens: ABŞ Yaxın Şərq siyasətini İsrailə tabe edə bilməz
Türk dövlətləri üçün ortaq inkişaf bankı yaradıla bilər
“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova hökm oxunub
2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib
AK Partiyanın sədr müavini: Türk dövlətləri arasında rəqəmsal iqtisadi platforma yaradılmalıdır
Kürşad Zorlu: Orta Dəhliz iqtisadi inkişaf zolağına çevrilə bilər
Rusiya ordusu Kiyev–Nikolayev sərnişin qatarını vurub
Rusiya Ukraynada avtobusa dron zərbəsi endirib, 5 nəfər ölüb - FOTO
Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
SEPAH ABŞ-a məxsus 52-ci MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Messi Argentina millisində vida oyunu keçirəcək
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Mbappe keçmiş klubu PSJ-yə 60 min avro təzminat ödəyəcək
TDT-nin Baş katibi: Orta Dəhliz Asiya ilə Avropa arasında türk regionundan keçən strateji bağlantıdır
CBS İranın hücumlarından sonra ABŞ-ın hərbi obyektlərində dağıntıların görüntülərini yayıb - FOTO
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilir - FOTO
Fövqəladə Hallar Nazirliyi cəzaçəkmə müəssisəsində təlim keçirib - VİDEO
Bakıda maşın piyadanı vuraraq öldürüb
Azərbaycan neftinin qiyməti 128 dollar olub
Bu günün valyuta məzənnələri
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
Nyu-york birjasında təbii qazın dəyəri azalıb
“Brent” nefti ucuzlaşıb
Politico: Aİ vətəndaşlarının bir qismi Avropa Komissiyasına kimin rəhbərlik etdiyini bilmir
Hikmət Hacıyev Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının inkişafı ilə bağlı müzakirələri yüksək qiymətləndirib
“Bitcoin”in qiyməti 76 min dollardan aşağı enib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Neftin qiyməti 108 dollara enib
Qlobal fond bazarlarında eniş davam edib
Rusiyada ayı 66 yaşlı qadını yaşadığı evin həyətində parçalayıb
Los-Ancelesdə avtobus qəzasını çəkən televiziya helikopteri qəzaya uğrayıb, 2 nəfər ölüb
Çinin “OrienSpace” şirkəti dəniz platformasından 9 peyk orbitə çıxarıb
Zukerberq süni intellekt tərtibatçılarını öz modellərinin təhlükəsizliyinə görə məsuliyyət daşımağa çağırıb
Fransa müdafiə sənayesində 100 min yeni işçi cəlb etməyi planlaşdırır
Argentina Malvin adaları yaxınlığında neft hasilatına görə Britaniya və İsrail səfirlərini XİN-ə çağırıb