Bank Of Baku

İctimai Palata mayın 13-nə mitinq, mayın 14-nə isə piket təyin edib

İctimai Palata mayın 13-nə mitinq, mayın 14-nə isə piket təyin edib
# 07 may 2012 12:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İctimai Palata (İP) mayın 13-nə mitinq, mayın 14-nə isə piket keçirilməsinə dair qərar qəbul edib.

İP katibi Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, İP Mitinq Komitəsi mayın 13-də saat 16.00-dan 18.00-a qədər Binəqədi rayonu 7-ci mikrorayonda keçmiş “İnqilab” kinoteatrının qarşısından Süleyman Sani Axundov küçəsini keçməklə “Dərnəgül” metro stansiyasının qarşısında yürüş mitinq-keçirmək və mayın 14-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası önündə piket təşkil etmək barədə qərar qəbul edib. Kütləvi aksiyalarla bağlı müraciət isə bu gün BŞİH-yə göndərilib.

G. Aslanlı bildirib ki, İP adıçəkilən yerlərdə kütləvi aksiyalar keçirməkdə israrlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR