“İki sahil” qəzeti lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş xüsusi buraxılış hazırlayıb - FOTO
Xüsusi buraxılışın üz qabığında qeyd olunan «...Siz özünüzə tayı-bərabəri olmayan abidə, əsrlər boyu yaşayacaq əbədi abidə yaradıbsınız. Bu abidənin adı Azərbaycandır, tərəqqi edən, yeni, xoşbəxt Azərbaycan» fikirləri ulu öndər Heydər Əliyevin xidmətlərinin ümumiləşdirilmiş ifadəsidir.
Xüsusi buraxılışın ikinci səhifəsində ulu öndər Heydər Əliyevin müstəqilliyimizin ilk illərində yaşanan durumu təhlil edərkən reallıqların təbliğində «İki sahil» qəzetinin rolunu yüksək dəyərləndirərək söylədiyi fikirlər öz əksini tapıb: “O vaxt «İki sahil» qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet çox cəsarətli məqalələr verirdi. Ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu yüksək qiymətləndirirəm”. “İki sahil” qəzetinin rəhbərliyi və əməkdaşları 1990-cı illərin əvvəllərində xalqdan və milli mənafedən uzaq düşmüş hakimiyyətin səriştəsizliyi, ölkədə hökm sürən anarxiya və özbaşınalıq barədə qəzetimizdə dərc olunan yazıların xalqımızın ümummilli lideri tərəfindən 1994-cü ildə belə yüksək qiymətləndirilməsindən daim qürur hissi keçirir. Bu Xüsusi buraxılış dahi şəxsiyyətin 89-cu ildönümünə kiçik töhfə hesab edilə bilər.
«Vətən, xalq üçün yaşanan ömür» məqaləsində qeyd edildiyi kimi, güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçir və tarixi uğurlar əldə edir. Ümummilli lider Heydər Əliyev müdriklərə, uzaqgörən siyasətçilərə məxsus keyfiyyətləri özündə birləşdirən dahi idi. Daim xalqı özünə arxa, kömək hesab edən Heydər Əliyev nə qədər çətin olsa da ona bəslənən ümidləri, inamı, etimadı doğrultmaq üçün Azərbaycanın ən ağır günlərində belə məsuliyyəti boynuna götürdü. Xalqın, vətənin taleyini hər bir vətəndaşın taleyinə çevirən ulu öndər Azərbaycanda bütün prosesləri ölkə əhalisinin istədiyi istiqamətə yönəltməklə insanların sağlam mövqe tutmalarına nail olub.
Azərbaycanın uğurlarında ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. “YAP: Böyük və şərəfli yol keçən partiya» məqaləsində partiyanın hansı zərurətdən yarandığı və keçdiyi şərəfli yol geniş təhlil olunur. 1992-ci il noyabrın 21-də Azərbaycanın bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən YAP-ın sıralarında bu gün 560 mindən çox üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir.
«Müstəqil Azərbaycanın memarı» məqaləsində bu fikir xüsusi vurğulanır ki, ümummilli lider Heydər Əliyev üzərinə götürdüyü xilaskarlıq missiyasını siyasi iradəsi və qətiyyəti ilə yerinə yetirdi. Onun aforizmə çevrilən «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» fikri müstəqilliyimizin ilk illərində yaşanan durumla sonrakı dövrün təhlilində aydın ifadəsini tapır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan «Əsrin müqaviləsi» Azərbaycanın iqtisadi imkanlarını genişləndirməklə, dünya iqtisadi sistemində yeri və rolunu artırdı. Dahi şəxsiyyət bildirirdi ki, «Əsrin müqaviləsi»ndə qarşıya qoyulmuş vəzifələrə layiqincə əməl edilməsi, yeni neft strategiyamızın uğurla həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin daimiliyinin əsas qarantlarından biridir. «Müstəqil Azərbaycan iqtisadiyyatının təməl daşı» məqaləsində sazişin əhəmiyyəti, ölkəmizə qazandırdığı uğurlar geniş təhlil olunur. Yazının sonunda qeyd edildiyi kimi, bu gün ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası nəticəsində Azərbaycan artıq öz müstəqilliyini möhkəmləndirib, iqtisadi imkanları artıb, həyata keçirdiyi enerji siyasəti nəticəsində Avropanın enerji təhlükəsizliyi məsələlərində etibarlı tərəfdaşa çevrilib. Heç şübhəsiz ki, Azərbaycan hələ bundan sonra məhz Heydər Əliyev ideyaları sayəsində daha uğurlu sabahlara doğru inamla addımlayacaq.
Heydər Əliyevin 2003-cü il prezident seçkiləri zamanı xalqa müraciətində də bu inam öz əksini tapıb: «...İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Dövlət başçısı İlham Əliyevin «2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir» fikri əsasında yazılan məqalədə son 8 ildə əldə olunan uğurlar geniş qeyd olunaraq, Azərbaycanın inkişaf yolunda inamla irəlilədiyi bir daha təsdiqlənir. Uğurların davamlılığını təmin etmək məqsədilə dövlət başçısı İlham Əliyevin «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamı yüksək dəyərləndirilir.
«Ulu öndər qətiyyətli xarici siyasətin müəllifidir», « Ulu öndər milli məfkurəyə sadiqlik və mənəvi zənginlik rəmzidir», «Heydər Əliyev və ordu quruculuğu», «Heydər Əliyev: Mədəniyyət xalqın ən böyük sərvətidir», «Ulu öndərin əsasını qoyduğu uğurlu idman siyasəti bu gün bəhrəsini verir» məqalələrində dahi şəxsiyyətin qeyd olunan sahələrin inkişafı istiqamətində atdığı addımlar və onların uğurlu davamı ətraflı şəkildə şərh olunur.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Etilen-Polietilen Zavodunda gələn il əsaslı təmir aparılacaq
İstanbulda Azərbaycan məktəbinin açılışı gələn ilə təxirə salınıb
Türkiyə türk dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirmək niyyətindədir
FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Konstantinovkanın nəzarətə götürüldüyünü Putinə məruzə edən generalın ölümü rəsmən təsdiqlənib - YENİLƏNİB
Türk dövlətləri arasında ortaq ödəniş sistemi yaradıla bilər
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb
Kürşad Zorlu Türk dünyası İnkişaf Bankı ilə bağlı detalları açıqlayıb
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
Zelenski: Xaricdə olan 9 milyon ukraynalı ilə seçkiləri necə keçirmək olar?
Yanvar-avqust aylarında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Qəbələdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Vens: ABŞ Yaxın Şərq siyasətini İsrailə tabe edə bilməz
Türk dövlətləri üçün ortaq inkişaf bankı yaradıla bilər
“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova hökm oxunub
2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib
AK Partiyanın sədr müavini: Türk dövlətləri arasında rəqəmsal iqtisadi platforma yaradılmalıdır
Kürşad Zorlu: Orta Dəhliz iqtisadi inkişaf zolağına çevrilə bilər
Rusiya ordusu Kiyev–Nikolayev sərnişin qatarını vurub
Rusiya Ukraynada avtobusa dron zərbəsi endirib, 5 nəfər ölüb - FOTO
Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
SEPAH ABŞ-a məxsus 52-ci MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Messi Argentina millisində vida oyunu keçirəcək
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Mbappe keçmiş klubu PSJ-yə 60 min avro təzminat ödəyəcək
TDT-nin Baş katibi: Orta Dəhliz Asiya ilə Avropa arasında türk regionundan keçən strateji bağlantıdır
CBS İranın hücumlarından sonra ABŞ-ın hərbi obyektlərində dağıntıların görüntülərini yayıb - FOTO
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilir - FOTO
Fövqəladə Hallar Nazirliyi cəzaçəkmə müəssisəsində təlim keçirib - VİDEO
Bakıda maşın piyadanı vuraraq öldürüb
Azərbaycan neftinin qiyməti 128 dollar olub
Bu günün valyuta məzənnələri
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
Nyu-york birjasında təbii qazın dəyəri azalıb
“Brent” nefti ucuzlaşıb
Politico: Aİ vətəndaşlarının bir qismi Avropa Komissiyasına kimin rəhbərlik etdiyini bilmir
Hikmət Hacıyev Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının inkişafı ilə bağlı müzakirələri yüksək qiymətləndirib
“Bitcoin”in qiyməti 76 min dollardan aşağı enib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Neftin qiyməti 108 dollara enib
Qlobal fond bazarlarında eniş davam edib
Rusiyada ayı 66 yaşlı qadını yaşadığı evin həyətində parçalayıb
Los-Ancelesdə avtobus qəzasını çəkən televiziya helikopteri qəzaya uğrayıb, 2 nəfər ölüb
Çinin “OrienSpace” şirkəti dəniz platformasından 9 peyk orbitə çıxarıb
Zukerberq süni intellekt tərtibatçılarını öz modellərinin təhlükəsizliyinə görə məsuliyyət daşımağa çağırıb
Fransa müdafiə sənayesində 100 min yeni işçi cəlb etməyi planlaşdırır
Argentina Malvin adaları yaxınlığında neft hasilatına görə Britaniya və İsrail səfirlərini XİN-ə çağırıb