Bank Of Baku

Azərbaycanın hakim partiyası İctimai Palatanın “Eurovision” günlərdə paytaxtda razılaşdırılmamış aksiyalar keçirmək niyyətini pisləyib

Azərbaycanın hakim partiyası İctimai Palatanın “Eurovision” günlərdə paytaxtda razılaşdırılmamış aksiyalar keçirmək niyyətini pisləyib
# 08 may 2012 09:41 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Azərbaycanda müxalifətin - İctimai Palata, yaxud digər təşkilat olsun – kütləvi aksiya keçirməsi üçün hər cür imkan yaradılıb, meydan verilib və onlar bir neçə dəfə həmin meydandan istifadə edib. Eyni zamanda, o da məlum oldu ki, İctimai Palatanın digər müxalifət partiyaları ilə birləşib keçirdiyi mitinqə az adam gəlir. Yəni, Azərbaycan xalqı bugünkü müxalifətə inamını itirib, onların çağırışını qəbul etmir. Ona görə də müxalifət başqa “taktika” seçib, təxribatçı üsullardan istifadə etmək istəyir. Onlar şəhərin mitinqlərin keçirilməsi mümkün olmayan yerlərində kütləvi aksiyalar keçirmək barədə iddialar irəli sürürlər”. APA-nın xəbərinə bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədov İctimai Palatanın “Eurovision” mahnı müsabiqəsi keçirilən günlərdə paytaxtda razılaşdırılmamış aksiya keçirmək niyyətini pisləyib: “Bir sıra hadisələr kimi, “Eurovision” mahnı yarışmasının da ölkəmizdə keçirilməsi Azərbaycan xalqının milli qürurunu formalaşdıran fakta çevrilib. Müxalifət bu müsabiqə ilə bağlı ortaya qoyduğu mövqe ilə, düşünülməmiş, xalqımızın maraqlarına uyğun gəlməyən hərəkətləri ilə özü-özünü gözdən salır. Bu gün onlar Azərbaycan xalqının gözündən düşüblər. Mən bunu qətiyyətlə pisləyir və yolverilməz sayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR