Bank Of Baku

AMİP rəhbərliyinin Avropa Parlamentində görüşləri davam edir

AMİP rəhbərliyinin Avropa Parlamentində görüşləri davam edir
# 10 may 2012 08:24 (UTC +04:00)
Bakı-APA. Brüsseldə səfərdə olan AMİP sədri Yusif Bağırzadə, partiyanın baş katibi Arzuxan Əlizadə və beynəlxalq əlaqələr katibi Elşən Mustafayevin Avropa Parlamentində (AP) və Avropa Xalq Partiyasında (AXP) görüşləri davam edir. Partiyadan APA-ya verilən məlumata görə, mayın 8-9-da AMİP rəhbərliyinin AXP-nin vitse-prezidenti xanım Korien Vortman-Kool, AXP-nin vitse prezidenti, “Avronest”in siyasi komitəsinin sədri Gunnar Hokmark, AXP-nin Avropa Parlamentindəki Beynəlxalq Əlaqələr Xidmətinin rəhbəri Joanna Jareska Gomez, AXP Baş Katibinin müavini Kristian Kremer, AP üzvü Anna İbrisaqiçlə, həmçinin AXP üzvü olan dovlətlərin AP-dəki nümayəndələri, Almaniyadan Maykl Ganler, Litvadan Vitaudas Lansbergis, Latviyadan Kristianis Karnislə görüşlər keçirib. Görüşlər zamanı AMİP in Avropa Parlamentindəki əlaqələrinin daha da genişləndirilməsi və AXP yə qəbulunun sürətləndirilməsi məsələləri müzakirə edilib.

AMİP rəhbərliyi həmçinin AXP nin AP dəki grup toplantısında iştirak edib. Toplantıda Avropa İttifaqının Prezidenti Nerman Van Rompuy, Avropa Komissayısının prezidenti Joze Manuel Barroso iştirak və çıxış edib. Toplantıya sədrlik edən Josef Daul tərəfindən AMİP rəhbərliyi xüsusi olaraq parlament üzvlərinə təqdim olunub. Daha sonra AMİP rəhbərliyi Nerman Van Rompuy və Joze Mamanuel Barossanın da qatıldığı “Avropa Günu” bayram mərasimində iştirak ediblər. Görüşlər bu gün başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR