Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palataya 13 may mitinqini Bibiheybət qəsəbəsində keçirməyi təklif edib

Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palataya 13 may mitinqini Bibiheybət qəsəbəsində keçirməyi təklif edib
# 11 may 2012 13:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İctimai Palatanın (İP) mayın 13-nə təyin etdiyi yürüş-mitinqlə bağlı müraciətini bu gün cavablandırıb.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu APA-ya bildirib ki, cavab məktubunda aksiyanın saat 16.00-dan 18.00-dək Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib.

T. Yaqublu deyib ki, paytaxt rəhbərliyinin məktubuna İP-in münasibəti birmənalıdır: “Biz əvvəlcədən də 20-ci sahədə aksiya keçirmək niyyətinə olmadığımızı bildirmişik. Mitinqə normalı yer verilməməsi ilə bağlı etiraz aksiyalarımızı davam etdirəcəyik. Mayın 14-də bu tələblə növbəti etiraz aksiyamız keçiriləcək. Lakin aksiyanın yeri və saatı hələ açıqlanmır”.

T. Yaqublu qeyd edib ki, mayın 13-də İP-in razılaşdırılmamış mitinq keçirib-keçirməməsi məsələsi də açıq qalıb: “İctimai Palatanın Koordinasiya Şurasının iclası cavab məktubundan əvvəl keçirildiyindən bu məsələyə münasibət bildirilməsi mümkün olmadı. Ancaq qurum rəhbərliyi mitinq məsələsinə dair müzakirələr aparacaq”.

Qeyd edək ki, İctimai Palata mayın 13-də saat 16.00-dan 18.00-a qədər Binəqədi rayonu 7-ci mikrorayonda İnqilab kinoteatrının qarşısından Süleyman Sani Axundov küçəsini keçməklə “Dərnəgül” metro stansiyasının qarşısında yürüş mitinq-keçirmək və mayın 14-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası önündə piket təşkil etməklə bağlı qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR