Bank Of Baku

Azərbaycan prezidenti bəstəkar Rauf Hacıyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti bəstəkar Rauf Hacıyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
# 11 may 2012 16:35 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev bəstəkar Rauf Hacıyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncamda bildirilir ki, 2012-ci ilin may ayında SSRİ xalq artisti, görkəmli bəstəkar və tanınmış ictimai xadim Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 90 ili tamam olur. Rauf Hacıyev musiqi sahəsində çoxşaxəli fəaliyyət göstərərək ölkəmizdə operetta və balet janrlarının inkişafında mühüm rol oynayıb, mahnılar müəllifi kimi geniş şöhrət qazanıb. Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermiş Rauf Hacıyevin 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Rauf Hacıyevin 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR