Bank Of Baku

DİN: İctimai Palatanın razılaşdırılmamış aksiyasında 18 nəfər polis tərəfindən saxlanılıb

DİN: İctimai Palatanın razılaşdırılmamış aksiyasında 18 nəfər polis tərəfindən saxlanılıb
# 14 may 2012 15:22 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib. O qeyd edib ki, bu gün bir qrup şəxs paytaxtda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış piket keçirməyə cəhd göstərib. Polis tərəfindən cəhdin qarşısı alınıb. Bu zaman qanunsuz piket keçirməyə cəhd edən 18 nəfər polis tərəfindən saxlanılıb. Onlardan 10 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb. 8 nəfərə isə inzibati qaydada yazılı xəbərdarlıq edilib.
Qeyd edək ki, bu gün İP Səbail rayonu ərazisində, İstiqlaliyyət küçəsində və Fəvvarələr meydanında razılaşdırılmamış etiraz aksiyası keçirməyə cəhd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR