Bank Of Baku

İP üzvlərinin aclıq aksiyasına daha bir neçə nəfər qoşulub - FOTO

İP üzvlərinin aclıq aksiyasına daha bir neçə nəfər qoşulub - <font color=red>FOTO</font>
# 16 may 2012 13:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Müsavat Partiyasının qərargahında ötən gün başlayan aclıq aksiyasına daha bir neçə nəfər qoşulub.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya deyib ki, Müsavatçı Qadınlar Birliyinin sədri Vəfa Cümşüdlü, həbsdə olan Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəyli, Elşən Həsənov, Müsavat Partiyası Ağdam rayon Təşkilatının sədri Haqverdi Haqverdiyev aclıq aksiyasına bu gündən qoşulub. Həbsdə olan Tural Abbaslının anası Başxanım Abbasova və Müsavat başqanının müşaviri Dünyaxanım Cərullayeva isə ötən gündən aclıq aksiyası keçirir.

İctimai Palatanın Koordinasiya Şurası (KŞ) isə həbsdə olan İP üzvlərinə keçirdikləri aclıq aksiyası ilə bağlı müraciət edib. Müraciət müəllifləri həbsdə olan Arif Hacılı, Babək Həsənov, Bəxtiyar Hacıyev, Əhəd Məmmədli, Məhəmməd Məcidli, Rüfət Hacıbəyli, Sahib Kərimov, Şahin Həsənli, Tural Abbaslı, Ülvi Quliyev, Vidadi İsgəndərli və Zülfüqar Eyvazlıdan aksiyadan çəkinmələri xahiş edilib: “Həbs şəraitində aclıq aksiyası keçirmək səhhətinizdə ciddi problemlər yarada bilər. Sizin qeyri-şərtsiz azad olunmağınız tələbi ilə belə bir aclıq tədbiri artıq başlanıb. Qeyd olunanları nəzərə alaraq, sizdən həbsxanalarda aclıq aksiyası keçirmək fikrinizdən daşınmağınızı, bu aksiyanın təşkili və keçirilməsini bizim öhdəmizə buraxmağınızı xahiş edirik”.

Qeyd edək ki, İctimai Palatanın ötən ilin aprelində keçirdiyi kütləvi aksiyada saxlanılan şəxslərdən bir neçəsi mayın 15-dən həbsxanada aclıq aksiyasına başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR